Suyun qiyməti BAHALAŞIR... - Səbəb göstərilən "moyka"lar əslində bəhanədir...
Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq.
Bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb. Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır. Bunun üçün “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması nəzərdə tutulur. Beləliklə, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionların müəyyənləşdirilməsi, tariflərin diferensiallaşdırılması və pilot layihə çərçivəsində tətbiqi təmin olunacaq. Yekunda ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflərin tətbiqinə keçid və diferensiallaşdırılmış tarif siyasətinin regional miqyasda tətbiqi üzrə sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi və tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq.
Qeyd edək ki, ötən günlərdə Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya həyata keçirməlidir.
İqtisadçı-ekspert Pərviz Heydərovun “Sherg.az”a açıqlamasına görə, su ehtiyatlarının qorunması, isfarçılığın qarşısının alınması kimi məsələlər Prezident İlham Əliyev tərəfindən hələ 2-3 il bundan qabaq diqqət mərkəzindədir:
“Hətta məhz bu mövzu ilə bağlı bir neçə dəfə Prezidentin sədrliyi ilə müşavirə də keçirilib, struktur dəyişiklikləri ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də yaradılıb. Su ehtiyatlarımızın 2050-ci ilədək 15-20 faiz azalacağı deyilir. Tək bizdə də deyil, su ehtiyatlarının azalması qlobal səviyyədə böhran xarakterli bir nöqtəyə yaxınlaşır.
Hazırda neft-qaz uğrunda necə mübarizə gedirsə, çox da uzaq olmayan gələcəkdə eyni mübarizə su ehtiyatları uğrunda gedəcək.
Yaxın 10-15 il ərzində ciddi su böhranı ilə üzləşəcək ölkələrdən biri də Azərbaycandır. Ona görə də bu sahəyə xüsusi diqqət yetirilməsi tələb olunur və ölkədə mövcud su ehtiyatlarının qorunmasından əlavə, yeni su mənbələrinin tapılması vacib məsələyə çevrilib. Hətta deyərdim hökumətin qarşısında duran ən vacib məsələlədən biri bu istiqamətdə müvafiq addımların atılmasıdır. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın su ehtiyatları suya olan tələbatın ödənilməsi səviyyəsindədir. Amma məhz lazımsız itkilər ucbatından bu, real olaraq ciddi problem sayılır.
Ölkənin su ehtiyatı potensialı müvafiq yanaşma tələb edir. İqtisadi sferada enerji və ərzaq balansının olduğu kimi, içməli su ilə bağlı da müvafiq balansının tərtibi zəruridir. Bu yolla biz ölkədə suya olan tələbatı yerli su ehtiyatları hesabına təmin edə bilmək imkanına sahib ola bilərik. Su, ölkənin inkişafında enerji resurslarının inkişafına qədər mühüm əhəmiyyətə malikdir”.
İqtisadçının sözlərinə görə, israfçılığın qarşısını almaq üçün tarif siyasətində diferensiallaşdırmanın tətbiqi labüddür. Lakin bunun üçün ilk növbədə mexanizm olmalıdır:
“Ucdantutma bütün istifadəçilərə yönəlik qiymətlərin bahalaşması doğru yanaşma deyil. Bu, ölkə əhalisinin sosial-iqtisadi durumuna ciddi təsir göstərə bilər. Su tarifləri diferensiallaşdırılması elə formada tətbiq edilməlidir ki, vətəndaşların büdcəsinə əlavə yüklənmə olmasın, lakin insanlar sudan qənaətlə istifadənin qaçılmaz olduğunu dərk eləsinlər.
Diferensial tarif siyasəti bir növ sosial ədalət prinsipinə söykənir. Hesab edirəm ki, vətəndaşların sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun qərardır. Sözsüz ki, diferensiallaşmadan sonra bir çox istifadəçilər üçün suyun qiyməti bahalaşacaq ki, bu da həmin şəxslərin sudan qənaətlə istifadəsinə, israfçılığın əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq.
Fərdi istifadəçilər, kənd təsərrüfatı məhsullarının istehsalçıları,
fermer təsərrüfatı istehsalçıları, suvarma məqsəsdilə sudan istifadə edən sahibkarlar, ictimai iaşə obyektlərinin sahibləri üçün sudan istifadə məsələsi fərqlidir.
Bakıda, az qala, hər küçənin başında “moyka” var. Onlar da su israfaçılığına yol verən istehlakçılar qrupuna aiddir. Difersensiallaşma zamanı bu qrupların hər biri üzrə fərqli qiymət tarifləri müəyyənləşməlidir. Hansı istifadəçi qrupunun su tələbatının nədən ibarət olduğu müəyyənləşdirildikdən sonra müvafiq qiymət siyasəti həyata keçirilməlidir. Düzdür, kifayət qədər vaxt və ciddi təhlil tələb edən bir prosesdir. Lakin diferensiallaşma nəticəsində bir qrup istifadəçilər üçün bahalaşma qaçılmaz olsa da, ölkədə su ehtiyatlarından istifadənin ciddi böhranla üzləşməsi və bütün sahələr üzrə bahalaşmanın qarşısının alınması mümkün olacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-10-2024, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər