reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təcili tibbi yardım stansiyaları ilə bağlı - Yenilik

reklam

Təcili tibbi yardım stansiyaları ilə bağlı - Yenilik


















“Ambulanslarda olan dərman siyahısına yenidən baxılıb və sayı artırılıb”.

Bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli bildirib.

O qeyd edib ki, ambulansların, quraşdırılmış və daşına bilən cihaz və avadanlıqların daim saz və işlək vəziyyətdə saxlanılması məqsədilə cihazlar, avadanlıq, dərman və tibbi sərf təminatı standartları artıq hazırlanıb:

“Ambulans və cihazların yoxlanılması, ambulansların növbələr arasında təhvil-təslimi, təmizlənməsi və dezinfeksiyası, çantaların yenilənməsi  və s. bu kimi işləri tənzimləyən proseduralar hazırlanıb.

Son dəqiqləşdirmələr aparılır və təsdiq üçün TƏBİB daxilində müvafiq proses başlanacaq. Bu məsələlərdə cavabdehlik mexanizmlərinin sistemləşdirilməsi və işlək hala gətirilməsi planlanır”.

E.Məmmədli bildirib ki, bütün ölkə üzrə stansiyaların allokasiyasına yenidən baxılır:

“Bu dəfə əhali sıxlığı ilə yanaşı, xəstəxanaların yerləşməsi, yol infrastrukturu, mövcud stansiyaların yerləşməsi kimi meyarlar da nəzərə alınacaq. Abşeron yarımadasında fəaliyyət göstərən TTYX stansiyalarına əlavə olaraq 12-16 yeni stansiyanın - filialın yaradılması planlanır. 10-11 filial uyğun gələn ərazilərdə TƏBİB tabeli tibb müəssisələrində yaradılacaq. Digərləri üçün isə müvafiq yer axtarılacaq.

Modul konstruksiyalardan istifadə etmək imkanını da nəzərdən keçirəcəyik. Yeni stansiyalar əhatəlilik və əlçatanlığı artıracağı kimi, çağırışa çıxma və çatma vaxtlarını da azaltmağa xidmət edəcək”.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 12:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər