reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Maarif” təşkilatının rəhbəri qaz partlaması nəticəsində dünyasını dəyişib

reklam

“Maarif” təşkilatının rəhbəri qaz partlaması nəticəsində dünyasını dəyişib













Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının rəhbəri, tanınmış ziyalı Ələddin Qarabağlı dünyasını dəyişib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Ələddin Qarabağlı təşkilatın ofisində baş verən yanğın nəticəsində ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Ofisdə yanğının qaz partlaması nəticəsndə baş verdiyi ehtimal olunur.

Ələddin Qarabağlı Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Ali təhsilini Gəncə Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində alıb. O, Ağtəhlə, Qaratəhlə kəndlərində müəllim, dərs-hissə müdiri, uzun müddət məktəb direktoru işləyib. 2001-ci ildə “Maarif” qəzetini, azyaşlı soydaşlarımız üçün isə “Tumurcuq” uşaq qəzetini təsis edib.

Fəaliyyəti boyu Gürcüstanda Azərbaycan məktəblərinin vəziyyəti ilə yaxından maraqlanan, qeyr-hökumət təşkilatları ilə onlarla layihənin reallaşmasında fəallıq göstərən tanınmış ziyalı “Gürcüstanda Azərbaycandilli məktəblərin tarixi antologiyası” adlı əsərin də müəllifidir.

Ələddin Qarabağlı 2023-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi çoxşaxəli fəaliyyətilə yaddaşlarda iz qoyan Ələddin Qarabağlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Əlavə edək ki, komitə mərhumun ailəsinə lazım olan dəstəyi göstərəcək.




Paylaş:


Müəllif : Tarix:
18-10-2024, 08:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər