reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Əmisi oğlunun mənə isti münasibəti vardı" - Əri yoxa çıxan qadından ŞOK ETİRAF

reklam

"Əmisi oğlunun mənə isti münasibəti vardı" - Əri yoxa çıxan qadından ŞOK ETİRAF



Türkan qəsəbə sakini İmanov Aydın Sərvər oğlunun bir il öncə müalicə aldığı 7 saylı Vərəm Dispanserindən yoxa çıxıb.

regionxeberlericom.az Baku.ws-ə istinadən xəbər verir ki, bir ildir ərinin nə ölüsündən, nə dirisindən xəbər ala bilməyən Aydının həyat yoldaşı Aidə İmanova Xoşqədəm Baxşəliyevanın Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramına üz tutub.

O, ərinin yoxa çıxmasında Aydının əmisi oğlu Əliheybət İmanovdan şübhələndiyini bildirib.

"Əliheybətin mənə qarşı isti münasibəti vardı. Dedi ki, sən mən deyənlərlə razılaş, Aydını özüm aradan götürüm, yox edim".

A.İmanova bundan əvvəlki açıqlamasında da Əliheybət İmanovu ittiham etmişdi:

"Aydın sağdır, ya ölüb, o bilir. Çünki hər işin arxasınca Əliheybət gedirdi. Aydını döyürdü. Ona içkini də o alırdı. Bir də mənə dedi ki, bir kəlmə razılıq ver, Aydını həbs etdirim. Amma mən razılaşmadım. Aydın onun qaranlıq işlərini bilirdi. Bu səbəbdən ondan şübhələnirəm".

Bu danışıqlardan sonra X.Hidayətqızı Aydın İmanovun həyatda olduğuna inanmadığını bildirib.




Paylaş:


Müəllif : Tarix:
3-10-2019, 16:56
Sikayət   


loading...
Загрузка...