reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tələbə qızı avtoqəzada vəfat edən Hacıqabul sakinindən İnam Kərimova MÜRACİƏT – “Məhkəmədə bizə danışmağa söz verilmir...”

reklam

Tələbə qızı avtoqəzada vəfat edən Hacıqabul sakinindən İnam Kərimova MÜRACİƏT – “Məhkəmədə bizə danışmağa söz verilmir...”


















Hacıqabul rayon sakini Əsgərova Mirvari Baladadaş qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, övladım Əsgərova Əzizə Qalib qızı 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olmuş və “Tarix və coğrafiya fakültəsi”ninTarix müəllimliyi ixtisası üzrə təhsil alırdı. Elə həmin ilin noyabr ayında ADPU-nun müəllimləri tələbələri Binəqədi Gənclər Evinə kinoya aparmışdılar. Həmin vaxt qızım Gənclər Evindən marketə su almağa gedib.

21 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Zeynalov Firdovsi Novruz oğlu etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə Binəqədi Rayon Məhkəməsi istiqamətində hərəkət edərkən yolun sol tərəfindən sağa doğru keçən övladım Əsgərova Əzizə Qalib qızını avtomobillə vuraraq, onun açıq kəllə-beyin travması almasına səbəb olmuşdur. Qızım Əzizə Əsgərova avtomobil qəzası nəticəsində bir neçə gün komada qaldıqdan sonra dünyasını dəyişdi.

Qızımın ildönümünə az qalıb. Amma cinayətkar Zeynalov Firdovsi Novruz oğlu hələ də azadlıqdadır. Hansı səbəbdəndir, bilmirik?! Məhkəmə iclasları uzadılır. 6 dəfə məhkəmə prosesi keçirilib, ortada bir nəticə yoxdur. Məhkəmənin hakimi Aygün Qurbanova və cinayətkarın vəkili Elxan Quliyev əlbir olub, məhkəməni uzadırlar.

Keçirilən məhkəmələr niyə uzanır? Burada maddi maraqları nədir? Bizdən valideyn olaraq heç bir söz soruşulmur. Bizə danışmağa söz belə, verilmir, işi öz aralarında həll edirlər.

Xahiş edirik bu işə layiqli baxılsın. Qızımın ilinədək cinayətkar cəzasını alsın”.

Aynurə İSMAYIL

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Paylaş:


Müəllif : Tarix:
18-10-2024, 11:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər