Azərbaycanda tanınmış aktyor borca görə məhkəməyə verildi
Tanınmış aktyor və ssenarist Emil Musayev məhkəməyə verilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onun barəsində məhkəməyə müraciət edib.
Buna səbəb aktyorun vergi borcunun yaranması olub. İnternet vergi idarəsindən əldə etdiyimiz məlumata görə, aktyorun dövlətə 3881 manat vergi borcu var.
Onun barəsində işə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aktyorun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istəyir.
İcraata götürülən iş üzrə hakim Nərmin Əhmədovadır. Qeyd edək ki, məhkəmə baxış iclası oktyabrın 28-də keçiriləcək.
Qeyd edək ki, Emil Musayev 2 oktyabr 1989-cu ildə Bakıda anadan olub. O, 2010-cu ildə "Space" televiziyasında yayımlanan Yumor Kuboku yarışmasında iştirak edib. 2011-ci ildə Planet Parni iz Baku KVN teatrına dəvət alıb. Aktyor bir çox filmdə tol oynayıb.
(modern.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:19-10-2024, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər