reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabahın havası

reklam

Sabahın havası


















Azərbaycanda oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 80-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 13:20
Sikayət   


loading...
Загрузка...