"Alışanovdan 70 milyonu niyə soruşmursunuz?!" – Zakir Qaralova MÜRACİƏT
“Hörmətli Zakir müəllim, sosial şəbəkələrdə sizin məlum ailə-məişət zorakılığı qalmaqalı, artıq keçmiş deputat Rəfail Cəbrayılovun dələduzluğu barədə çıxışınızı gördüm. Ümid edirdim ki, nəhayət, AzTV-nin keçmiş sədri Arif Alışanovun əməlləri barədə, onlara hüquqi qiymət veriləcəyindən də danışacaqsız. Sizə ünvanladığımın çoxsaylı müraciətlərin cavabsız qalmasına rəğmən, ədalətin geri gələcəyinə ümidim tam öləziməmişdi. İndi də var! Əminəm ki, haqq-ədalət bərpa olunacaq, mənim Alışanovun sifarişi ilə günahsız həbs olunan atam azadlığa çıxacaq, bu cinayətdə əli olan hər kəs qanun qarşında cavab verəcəklər”.
Bu fikirlər AzTV-nin keçmiş sədri Arif Alışanova sui-qəsddə təqsirləndirilərək 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şücayət Əkbərovun qızı Cəmilə Tağıyevanın Baş prokuror Zakir Qaralova media vasitəsi ilə ünvanlandığı müraciətdən götürülüb.
Müraciətdə sözügedən cinayət işi və Arif Alışanovun AzTV-yə rəhbərlik etdiyi dövrdə sahibləndiyi milyonlarla dollarlıq var-dövlətin mənbələrinə toxunulur: “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2-ci maddəsinin 2.1.4.-cü bəndinə görə, “Dövlət orqanlarının müvafiq struktur vahidlərindən dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət-səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, həmin Qanun 2.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər.
Həmin qanunun 9.2.1-ci maddəsinə görə “vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi…” bu qanunun 9.2-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqi pozmalarıdır.
Yüzdən çox daşınmaz əmlakı Arif Alışanovun həyat yoldaşının, qızının, bacısı qızının, kürəkəninin, sürücüsünün adlarına almasını təsdiq edən rəsmi dövlət sənədləri var. Və bu var-dövləti əldə etmək üçün 70 milyon manatdan çox vəsait xərclənib. Bu əmlakların sənədlərinin surətlərini də təqdim edə bilərəm. A.Alışanovun əməkhaqqı 1800-2000 manat olduğu halda, bu qədər var-dövləti hansı yolla əldə edib? O, çəkinmədən və utanmadan mənim atam Şücayət Əkbərovdan 7.000.000 manat zərər tələb edir. Bu qədər vəsaitin iddiasında olan Alışanovla bağlı aidiyyatı dövlət qurumları araşdırma aparmalı deyillərmi?!”
C.Tağıyeva daha sonra məhkəmə qərarı olmadan ailə üzvlərinin zorla polisə aparılmasını, orada məcburi şəkildə əmlaklarının A.Alışanovun yaxın adamlarının adına keçirilməsini xatırladır: “Cənab Baş prokuror! Bu qanunsuzluq, cinayət əməli barədə dəfələrlə media orqanlarında çıxışlarımız, Siz də daxil olmaqla, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətlərimiz olub. Amma daşdan səs çıxsa da, dövlət qurumlarından səs çıxmayıb. Biz də bu ölkənin vətəndaşıyıq, hüquqlarımız da Arif Alışanovla eynidir, Konstitusiyada təsbit olunan təməl bərabər hüquqlarımız var. O zaman bizə qarşı bu ayrı-seçkilik, qanunsuzluq niyə cavabsız qalmalıydı? İstinataqa nəzarət edən prokurorluq orqanları niyə Arif Alışanovun uydurduğu böhtanları müdafiə etdi? Mənim atam öz zəhməti ilə dolanan insandır, onun Arif Alışanova ancaq yaxşılığı keçib. AzTV sədri qulluq mövqeyindən, hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edib bizi şərləyib həbsə, işgəncəyə, səfalətə yuvarlayanda niyə müdaxilə etmirdiz?”.
Cəmilə Tağıyeva müraciətinin sonunda Baş prokurordan gec də olsa ədalətli, qanunamüvafiq reaksiya gözlədiyini ifadə edib: “Hörmətli Zakir müəllim! Təkcə A.Alışanovun əldə etdiyi qanunsuz var-dövlətin mənbələrinin bir qisminə nəzər yetirsəniz, hər şey ortaya çıxar. Çünki bütün fəaliyyəti Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırma predmetidir. Onun qanun qarşısında günahları aşkara çıxarılsa, əmin olun, atamın və onunla birgə qanunsuz həbs olunmuş insanların günahsızlığı üzə çıxacaq. Bu addımı atmaq Baş Prokuror kimi Sizin qanun, ədalət qarşısında müqəddəs borcunuzdur. O zaman bizim kimi korrupsioner məmurların hikkəsi, qanunsuzluğu, şər-böhtanı qarşında əzilən, çarəsiz qalan insanların dövlətin ədalətinə inamı qayıdar. Sizdən hərəkət gözləyirik, cənab Baş prokuror!”. (Azpolitika.info)
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-10-2019, 23:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-10-2019, 23:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55