Müsavat dövlətdən maliyyələşməyə başladı - Başqa hansı partiyalar var?
Azərbaycanda fəaliyyət göstərən, bu il keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmiş siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinə start verilib.
Bu siyasi qurumlar içərisində Müsavat partiyası da var.
Müsavatdan başqa Ağ Partiya (AğP), "Ümid", Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Demokrat Partiyası (ADP), Ədalət Partiyası (ƏP), Müasir Musavat Partiyası (MMP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Yeni Zaman Partiyası (YZP), Gələcək Azərbaycan Partiyası (GAP), Haqq Ədalət Partiyası (HƏP), Azad Vətən Partiyası ("Azad Vətən") da maliyyə yardımı alacaq.
Artıq qüvvəyə minən "Siyasi partiyalar haqqında" qanuna görə dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:
- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.
- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.
- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.
- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.
Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək.
Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.
Məsələni Bakupost.az -a şərh edən Real Partiyasının yeni sədri Natiq Cəfərli bu məsələnin qanunvericilikdə açıq şəkildə əksini tapdığını bildirib. Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliyə əsasən, parlamnet partiyalarına maliyyə ayrılır: "Amma seçkilərə qatılıb müəyyən qədər səs toplayan partiyalara da az da olsa, maliyyə vəsaiti ayrılması nəzərdə tutulub. Sadəcə, bu o demək deyil ki, bütün partiyalara maliyyə ayrılır. Çünki partiyaların heç də hamısı seçkilərə qatılmamışdı. Seçkidə iştirak edən bəzi partiyalar isə yaxşı nəticə göstərməyib. Beləliklə, parlamnetdə təmsil olunan və seçkidə müəyyən qədər səs alan, lakin parlamentə düşməyən partiyalara maliyyə ayrılır".
Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-10-2024, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər