reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Prayk COP29 kimi təşəbbüsləri dəstəkləyərək tullantı artımına qarşı mübarizə aparır" - Kamran Aydınov

reklam

"Prayk COP29 kimi təşəbbüsləri dəstəkləyərək tullantı artımına qarşı mübarizə aparır" - Kamran Aydınov



















Prayk sadəcə alış-veriş tətbiqi deyil, tamamilə yeni bir təcrübədir. İstədiyiniz məhsul və ya xidməti tapmaq üçün mağaza-mağaza gəzmək əvəzinə, sadəcə bir sorğu yaradırsınız və bir neçə təklif alırsınız. Bu, vaxtınıza qənaət etməyə kömək edir.

Prayk-ın ən maraqlı xüsusiyyətlərindən biri auksiona oxşar sistemdir. Satıcılar öz məhsullarını ən yaxşı təklifi verənə sata bilərlər, lakin bu prosesin konkret zaman məhdudiyyəti yoxdur. Satıcılar məhsulu nə vaxt və kimə satacaqlarını özləri seçirlər.

Prayk təkcə alış-verişlə məhdudlaşmır. İstifadə etmədiyiniz əşyaları başqalarının əşyaları ilə rahat şəkildə dəyişmək də mümkündür.

Bundan əlavə, Prayk alıcı və satıcıların bir-birlərini bezdirməməsi üçün xüsusi bir sistem də hazırlayıb. Burada heç kim sizə təklifi təsdiqləmədən yazmayacaq, və kontakt nömrənizi kimə verəcəyinizə siz özünüz qərar verirsiniz.

Bu tətbiqin yaradıcısı Kamran Aydınov Big.az-a bildirib ki, layihə təkcə Azərbaycanda deyil, bütün dünyada maraq doğura biləcək bir platformadır:

"Prayk artıq istehlakın qarşısını almaq, tullantıların azalmasını təmin etmək və təbii resursların düzgün istifadəsini təşviq edən bir sistemdir. Ekosistemlərə və canlılara zərər verən israfın qarşısını almağı hədəfləyir.

Prayk, COP29 kimi beynəlxalq ekoloji təşəbbüsləri dəstəkləyərək, təbiətə zərər verən həddindən artıq istehlak və tullantı artımına qarşı mübarizə aparır. Məqsəd məhsulların dövriyyəsini optimallaşdırmaq və istifadəsiz əşyaların zibilə çevrilməsinin qarşısını almaqdır ki, bununla daha sağlam və davamlı gələcək təmin edilsin.

Prayk ilə alıcılar məhsulları vasitəçilərsiz, birbaşa satıcılardan ən uyğun qiymətə ala bilirlər. Mikro-tender funksiyası istifadəçilərə vaxt itkisi olmadan müxtəlif təkliflər təqdim edir, bazara süni müdaxiləni azaldır və qiymət manipulyasiyalarına mane olur.

İkinci əl bazarında da süni qiymət artımı geniş yayılıb. Praykın auksion funksiyası bu bazarda şəffaflıq yaradaraq məhsulların real dəyərində təklif edilməsini təmin edir və sektoral qrupların qiymət manipulyasiyasının qarşısını alır.

Prayk-ın hədiyyə funksiyası istifadəçilərə artıq ehtiyacları olmayan əşyaları və ya qidaları ehtiyacı olanlara bağışlayaraq xeyriyyəçiliyi təbliğ etməyə kömək edir. Bu addım tullantıları azaldır və ekosistemləri qorumağa kömək edir. Barter funksiyası isə əşyaların dövriyyəsini artırır və resurslardan daha səmərəli istifadəni təmin edir.

Platformada tətbiq edilən sosial reytinq sistemi istifadəçiləri dürüst və etibarlı əməliyyatlara təşviq edir. Yüksək reytinqə malik istifadəçilər başqalarına nümunə olaraq həmrəylik və güvən mühitini gücləndirir, bu da cəmiyyət arasında əlaqələri möhkəmləndirir.

Prayk ekosistemin qorunmasına və daha şəffaf, ədalətli bazar mühitinin yaradılmasına xidmət edən bir platformadır. Həm vaxtınıza, həm pulunuza qənaət edin, həm də daha yaxşı bir gələcək üçün faydalı dəyişikliyə töhfə verin".

Qeyd edək ki, Kamran Aydınov IT ideyalarını yaradıcılıq və texnologiya ilə birləşdirərək alış-veriş dünyasına yenilik gətirib. O, foto sənayesində böyük uğurları ilə tanınır, həmçinin Rəhim Rəhimli, xalq artisti Aygün Kazımova, Leyla Ramazanlı, Miri Yusif və digər məşhurlarla işləmiş klipmeyker kimi də məşhurdur. Kamran Aydınov həm də MandarinAgency videoproduksiya şirkətinin təsisçisidir. Peşəkar kinoprodüser olaraq, onun iştirakı ilə istehsal olunan filmlər "Duz İstiot Zövqə Görə", "Axşama Doğru" və "Daxildəki Ada" Kann, Sarayevo festivallarına və "Oskar"a təqdim olunmuşdur.

Tətbiqdən yararlanmaq üçün AppStore və Google Play-dən yükləyin və ya www.prayk.az saytına daxil olun.

https://www.instagram.com/prayk.app/?igsh=eHRmdmsyZ3I0NHJj

https://prayk.az/

https://www.instagram.com/kamranaydinov/?igsh=aGMyMmtsY3lpa3F3






Paylaş:


Müəllif : Tarix:
22-10-2024, 14:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər