Azərbaycanın səhiyyə sistemini necə inkişaf etdirmək olar? - Problemlər və həll yolları
Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri Ülvi Mirzəyev Azərbaycanın səhiyyə sistemi, onu inkişaf etdirməyin yolları və bu sahədə gördüyü problemlərlə bağlı məqalə yazıb.
Həmin yazını təqdim edirik:
“Səhiyyə cəmiyyətin təməl daşıdır. Azərbaycanda, digər ölkələrdə olduğu kimi, səhiyyə sistemi bir çox çətinliklərlə üz-üzədir və bu problemləri həll etmək üçün hamı üçün keyfiyyətli tibbi xidmətin əlçatanlığını təmin etmək vacibdir. Ölkəmizdə səhiyyə sahəsində çox işlər görülüb, gündən-günə inkişaf edirik. Amma buna baxmayaraq, qarşıda hələ çox görüləsi iş var. Bu yolda səhvlərdən qaçmaq, digər ölkələrin səhiyyə sistemlərində yol verilən çatışmazlıqları təkrarlamamaq vacibdir. Dünya təcrübəsindən düzgün nəticələr çıxarıb, israfçılıqdan, qeyri-effektivlikdən və lazımsız vərdişlərdən qurtulmalıyıq. Yalnız bu yolla gələcək üçün dayanıqlı və keyfiyyətli səhiyyə sistemi qura bilərik.
Bu məqalədə ölkəmizin səhiyyə sistemində olan bəzi əsas problemlərdən və onları necə həll edə biləcəyimizdən danışacağam ki, səhiyyə sahəsi daha səmərəli və əlçatan olsun.
Səhiyyə sistemində problemlər
Sistemimizin əsas problemlərindən biri göstərilən tibbi xidmətlərin sayına çox əhəmiyyət verilməsi, amma keyfiyyətin ikinci plana düşməsidir. Məsələn, həkim qəbulunun və ya əməliyyatların sayı çox ola bilər, amma bu, xəstələrin vəziyyətinin həqiqətən yaxşılaşdığını göstərirmi? Biz diqqəti təkcə prosedurları saymaqla kifayətlənməməliyik, əslində xəstənin sağalma dərəcəsinə, müalicənin uzunmüddətli nəticələrinə baxmalıyıq. Çünki məqsədimiz xəstəni həqiqətən sağaltmaqdır, sadəcə bir prosedur icra edib məsələni bitirmək deyil.
Başqa bir problem isə xəstəliklərin müalicəsində gecikmədir. Biz adətən xəstəliyi irəlilədikdən sonra müalicə etməyə başlayırıq. Amma düzgün yanaşma xəstəliklərin qarşısını əvvəlcədən almaqdır. Bu xüsusilə diabet və ürək xəstəlikləri kimi xroniki xəstəliklər üçün çox vacibdir. Bu xəstəliklərin qarşısını erkən mərhələdə almaq daha asandır və xəstənin həyatını xilas edə bilər.
Bundan əlavə, bölgələrdə keyfiyyətli tibbi xidmətə çıxış hələ də məhduddur. Bakıda insanlar müasir avadanlıqlar və peşəkar həkimlərə daha asan çıxış əldə edə bilirlər, amma bölgələrdə bu imkanlar daha azdır. Bu isə bölgə və şəhər arasında ciddi disbalans yaradır.
İqtisadi və sosial maneələr
İqtisadi problemlər də səhiyyə xidmətlərinə çıxışda ciddi əngəl yaradır. Bu yaxınlara qədər bir çox xəstələr mürəkkəb və ya xroniki xəstəliklərin diaqnostika və müalicəsini ödəyə bilmirdilər. Bu da beynəlxalq səviyyədə “katastrofik tibbi xərclər” adlanan vəziyyətə gətirib çıxarırdı. Bu, ailənin tibbi xərclərə görə ciddi maliyyə sıxıntısına düşməsi deməkdir.
Lakin Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bu problem əsasən həll olunub. Xəstələrin tibbi yardım almaq üçün qarşılaşdıqları maliyyə çətinlikləri xeyli azalıb. Artıq insanlar böyük tibbi xərclərdən qorxmadan müalicə ala bilirlər. Bu sosial siyasət əhalinin üzərindəki maddi yükü xeyli azaltmağa kömək edib. Bununla belə, əlçatanlıq məsələsi həll olunsa da, tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün hələ uzun yol var. Xidmətin həcmini deyil, keyfiyyətini nəzərə alan maliyyələşdirmə modelləri tətbiq edilməlidir.
Səhiyyə sistemini inkişaf etdirmək üçün həll yolları
Sistemimizi yaxşılaşdırmaq üçün müxtəlif istiqamətlərdə genişmiqyaslı dəyişikliklərə ehtiyac var. Burada bir neçə həlli yolunu təklif edirəm:
Keyfiyyətə diqqət yetirək, miqdara yox
Xidmətlərin sayına deyil, onların keyfiyyətinə fokuslanmalıyıq. Bu o deməkdir ki, həkimlərin işi xəstənin vəziyyətinin yaxşılaşmasına və müalicənin nəticələrinə görə qiymətləndirilməlidir. Təkcə əməliyyat saymaqla işimizi bitmiş hesab etməməliyik.
Profilaktikaya və erkən müdaxiləyə üstünlük verməliyik
Biz xəstəlikləri yalnız ağırlaşandan sonra müalicə etməyi dayandırmalıyıq. Bunun əvəzinə xəstəliklərin qarşısını almaq və onları erkən aşkar etmək üçün profilaktik tədbirlər görməliyik. Məsələn, müntəzəm sağlamlıq yoxlamaları, skrininqlər vasitəsilə ürək-damar və onkoloji xəstəlikləri erkən mərhələdə aşkar etmək mümkündür.
Tibbi texnologiyaların və innovasiyaların tətbiqi
Elektron tibbi kartlar, tele-tibb kimi rəqəmsal texnologiyalar həkim və xəstələrin həyatını asanlaşdıra bilər. Bu, xəstələrin daha sürətli tibbi yardım almasına kömək edəcək və uzaq bölgələrdəki xəstələr paytaxta gəlmədən peşəkar mütəxəssislərlə məsləhətləşə biləcəklər.
Ölkə daxilində bərabər tibbi xidmət təmin etmək
Bölgələrdəki tibbi xidmətin keyfiyyətini artırmaq üçün ixtisaslaşdırılmış mərkəzlər yaratmalıyıq. Bu mərkəzlər yüksək səviyyəli xidmətlər göstərəcək və müasir avadanlıqlarla təchiz olunacaq. Beləliklə, insanlar yalnız Bakıda deyil, ölkənin digər bölgələrində də keyfiyyətli müalicə əldə edə biləcəklər.
Dövlət-özəl tərəfdaşlığını gücləndirmək
Dövlət və özəl sektor səhiyyə sistemini inkişaf etdirmək üçün birgə çalışmalıdır. Özəl sektor yeni xəstəxanaların tikintisinə, avadanlıqların alınmasına və yeni proqramların hazırlanmasına töhfə verə bilər. Bu, səhiyyənin daha sürətlə inkişaf etməsinə və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək.
Əhalini maarifləndirmək
Xəstəliklərin qarşısının alınması barədə maarifləndirmə də vacibdir. Tibbi savadlılığın artırılmasına yönəlmiş proqramlar insanlara sağlamlıqlarına daha çox diqqət yetirməyə və xəstəliklərə qarşı vaxtında tədbir görməyə kömək edəcək.
Tibbi xidmətlərin qiymətləndirilməsində şəffaflıq
Tibb müəssisələri yalnız asan müalicə olunan xəstələri seçərək öz göstəricilərini yaxşılaşdırmağa çalışmamalıdırlar. Həkimlərin işinin qiymətləndirilməsində mürəkkəb və ağır xəstələrin müalicə nəticələri də nəzərə alınmalıdır.
Nəticə
Azərbaycanda səhiyyə sistemi icbari tibbi sığorta sayəsində tibbi xidmətlərin əlçatanlığını artırmaqda böyük addım atıb. İndi qarşıda dayanan əsas vəzifə keyfiyyətə yönəlməkdir. Müalicə nəticələrinə əsaslanan maliyyələşdirmə modellərinin tətbiqi, profilaktika və innovasiyalara keçid, ölkə üzrə tibbi xidmətə bərabər çıxış kimi addımlar bizə hər bir vətəndaş üçün müasir və effektiv səhiyyə sistemi yaratmağa kömək edəcək. Biz inkişaf yolunda irəliləməli və səhiyyəni yüksək keyfiyyət standartlarına uyğunlaşdırmalıyıq”.
Qeyd edək ki, Ülvi Mirzəyev Azərbaycanın tanınmış kardioloqlarından biri və səhiyyə sahəsində aparıcı mütəxəssisdir. Hazırda o, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə rəhbərlik edir, eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin prezidentidir. Ülvi Mirzəyev təhsilini dünyanın ən nüfuzlu universitetlərində – London İqtisadiyyat Məktəbi (LSE), Oksford Universiteti, Harvard Tibb Fakültəsi və Frankfurt Maliyyə və Menecment Məktəbində alıb.
Peşəkar fəaliyyəti boyunca Ülvi Mirzəyev səhiyyənin inkişafı və modernləşdirilməsi istiqamətində bir sıra uğurlu layihələr həyata keçirib. O, beynəlxalq təcrübəni ölkəmizə gətirərək tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmağa çalışır. Onun rəhbərliyi altında Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzi ölkənin səhiyyə sistemində mühüm yer tutmağı hədəfləyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2024, 15:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər