Tuneldə ölənlərin ailələrinə kompensasiya veriləcək?
Son günlərdə intensiv yağış şəhərin bir çox ərazilərində problemlərə səbəb olub. Yağış nəticəsində həyatını itirənlər də var.
Sabunçu rayonu ərazisində yağış səbəbi ilə subasmaya məruz qalmış tuneldə iki nəfər həyatını itirib. Kürdəmir rayonundan olan 48 yaşlı Elnur Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Abbasov “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər.
Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirib. Jurnalistlərə açıqlamasında icra başçısı qeyd edib ki, təbii fəlakətin nəticəsi göz qabağındadır, normadan artıq yağıntı olub.
“İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”, - Eldar Əzizov vurğulayıb.
Maraqlıdır, bəs həyatını itirən şəxslərin ailələri kompensasiya alacaqmı? Bu məsələ hüquqla necə tənzimlənir?
Mövzu ilə bağlı Modern.az-a danışan hüquqşünas Emil Aslanov bildirib ki, həyatını itirmiş şəxslərin ölümündə dolayısı yolla məsuliyyət daşıyan qurumlar ekspertlər tərəfindən müəyyən edildikdən sonra kompensasiya almaq mümkündür:
“Həmin əraziyə nəzarət edən bir sıra qurumlar var - tunellərin, körpülərin tikintisi, layihələrin qəbul edilməsinə nəzarət edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, həmin ərazidə suların çəkilməsinə, nasosların işləməsinə nəzarət edən müxtəlif MMC-lər və sair. Ekspert günahkar qurumu müəyyən etdikdən sonra, həmin quruma qarşı müraciət edilə və ya iddia qaldırıla bilər. Beləliklə də, həyatını itirən şəxslərin yaxınlarının kompensasiya əldə etməsi mümkün hall alır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-10-2024, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər