Taxıl istehsalında məhsuldarlığı artırmaq üçün yeni ÜSUL
Azərbaycanda taxıl istehsalında məhsuldarlığın artırılması üçün nüvə texnologiyasının tətbiqi müzakirə olunur. Qeyd edək ki, bu innovativ metod dünyanın müxətlif ölkələrində aktiv istifadə edilir. Bu texnologiyalar əsasən bitki genetikasını yaxşılaşdırmaq, xəstəliklərə qarşı davamlılıq yaratmaq və məhsuldarlığı artırmaq məqsədilə istifadə olunur.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, müasir dövrdə kənd təsərrüfatında geniş şəkildə tətbiq edilən innovativ metodlar ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ətraf mühitə mənfi təsirlərin azaldılmasında mühüm rol oynayır:
“Kənd təsərrüfatının məhsuldarlığının artması ilk növbədə stress amillərinə davamlı, yerli şəraitə adaptasiya olunan məhsuldar bitki sortlarının yaradılmasından, kənd təsərrüfatı səviyyəsində mədəni və texnoloji dəyişikliklərin qəbul edilməsindən asılıdır. Kənd təsərrüfatının iki əsas sahələrindən biri olan bitkiçilik məhsullarının istehsalında və ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkiləri əhəmiyyətli rol oynayır. Bu baxımdan ölkəmiz beynəlxalq təşkilatlarla ən müasir qabaqcıl aqrar modelləri, nüvə texnologiyaların öyrənəerək tətbiq etməyə çalışır”.
Millət vəkili qeyd edib ki, bu əməkdaşlığın mühüm bir hissəsi kimi Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə birgə layihələr icra etməyi planlaşdırır:
“Əməkdaşlığa uyğun olaraq, Azərbaycanda taxıl istehsalında məhsuldarlığın artırılması üçün nüvə texnologiyasının tətbiqi müzakirə olunur. Məqsəd taxıl istehsalında məhsuldarlığın artırılması və istehsalın dayanıqlılığının təmin edilməsində stress amillərinə davamlı taxıl sortlarının əhəmiyyəti vurğulanıb, nüvə texnologiyasının və müvafiq metodların tətbiqidir. Eyni zamanda, seleksiya işlərində nüvə texnologiyasının tətbiqi təcrübəsi, təklif edilən texnologiyanın seleksiya prosesinin qısaldılması, bitkiçilik sahəsinin inkişafı üçün Nüvə texnologiyalarına geniş yer verilməsədir”.
A.Hüseynov qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə birgə layihələrin icrası ölkəmizdə resursların effektiv idarə olunması iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək:
“Ağıllı" kənd təsərrüfatı üzrə təcrübə mübadiləsi torpaq, qida maddələri, sudan səmərəli şəkildə istifadə və həmin resursların effektiv idarə olunması Azərbaycanda bitkiçilik sahəsində məhsuldarlığın artmasına, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-10-2024, 15:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər