reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Qadın müğənnimiz əməliyyatdan sonra eybəcər hala qaldı...” – Həkim AÇIQLADI

reklam

“Qadın müğənnimiz əməliyyatdan sonra eybəcər hala qaldı...” – Həkim AÇIQLADI

















Plastik, estetik əməliyyatlar son dövrün dəb tendensiyasına çevrilib. Bir çox məşhur simalar, hətta sıravi vətəndaşlar da müəyyən yaş həddinə çatdıqdan sonra xarici görünüşlərini səliqəyə salmaq naminə estetik cərrahlara üz tuturlar. 

Bəs sözügedən yaş dövründə olan qadınların bu əməliyyatları etdirməsi onların həyatını riskə atırmı? Bu, xanımlarda hansı fəsadları yarada bilər? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev məsələni belə şərh edib:

“İnsan bədənində nə yaranıbsa, genetik olaraq ona nə keçibsə, o quruluşu saxlamaq lazımdır. Tibbi səbəb olarsa, məsələn, burun əməliyyatında nəfəs problemləri varsa, yaşamasına mane olan, insana eybəcərlik verən bir nüans olarsa, belə əməliyyatları seçmək olar. Bu, haradasa başa düşüləndir. 

Artıq çəki probleminə görə bıçaq altına girməyə ehtiyac yoxdur. Düzgün qidalanma, sərf elədiyin enerjiyə uyğun enerji qəbul etmək bu problemi həll edir. Biz isə normadan artıq qidalanır, az hərəkət edirik. Yaxud da deyək ki, bədəndə ağır xəstəliklər var və piylənməyə səbəb olur. Yəni belə ayrı-ayrı xüsusi hallar olmayandan sonra plastik əməliyyatları düzgün hesab etmirəm, çünki riski çoxdur. Mən süni gözəlliklərin əleyhinəyəm. Bütün bunlar risk daşıyır. Tanınmış xanım müğənnimiz var idi, bu əməliyyatdan sonra daha eybəcər hala düşmüşdü. Onun kimi neçə-neçə insanlar var. Yaxud da həyatlarını itirənləri deyək. Bunlar hamısı yaşanıb. Həyatı risk altında qoymaq lazım deyil”. 

Həkim son zamanlar normal doğuşu geridə qoyan qeysəriyyə əməliyyatından da söz açıb:

“İndi qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməyi də dəb halına salıblar. Təbii ki, bu da o dərəcədə doğru deyil. O zaman həmin əməliyyat seçilir ki, döl və ananın həyatı üçün müəyyən risklər mövcud olsun. Həmin risk də mütləq şəkildə əsaslandırılmış olmalıdır”. 





Paylaş:


Müəllif : Tarix:
25-10-2024, 15:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər