reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şahdağa qar yağdı

reklam

Şahdağa qar yağdı

















Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir.

Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənib.

Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 11:02
Sikayət   


loading...
Загрузка...