reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu müğənnilərin aparıcılarla “işbirliyi” ortaya çıxdı – Görün nə edirlər

reklam

Bu müğənnilərin aparıcılarla “işbirliyi” ortaya çıxdı – Görün nə edirlər
















Yəqin ki, yaxınını itirən tanınmış simaların efirə dəvət olunaraq kövrəldilməsi heç kəsə yad mənzərə deyil. Bunu verilişə, televiziyaya reytinq gətirdiyi üçün reallaşdıranlar isə əksər hallarda tənqid hədəfinə çevrilir. Tamaşaçılar bu hərəkətin etik olmadığını əsas gətirərək, insanları həssas nöqtəsindən vurmağı qəddarlıq nümunəsi kimi şərh edirlər.

Bəs günah həqiqətənmi layihə rəhbəri, yaxud aparıcılardadır?

Mövzu haqda “Yeni Sabah”a açıqlama verən tanınmış aparıcı Amil Xəlil məsələnin görünməyən tərəflərinə aydınlıq gətirib:

“Bu məsələ bütün dünya televiziyalarında var. Amma bizdə sadəcə fərqlidir. Ölkəmizdə şoumenlər özünə jurnalist deyərək guya araşdırma etməyə başlayırlar. Amma onların etdiyi heç bir araşdırma deyil. Dünyasını dəyişən Xalq artistlərimizin faciəvi ölümündən söz açaraq xatirə qalan övladını efirə dəvət edirlər. Çox təəssüflər olsun ki, bəzi tanınmış simalar bundan xəbərsizmişcəsinə “aaa” edirlər. Əvvala, xəstə, psixoloji problemi, əlilliyi olan şəxsi heç bir aparıcı qəfildən efirə gətirə bilməz. Elə bir uğur, inkişaf bizdə yoxdu. Təbii ki, o adamların efirə gəlməyi özbaşına deyil. Verilişə gələn qonaqlar özləri buna şərait yaradırlar. Ancaq xəbərləri yoxmuş kimi, planlı şəkildə studiyanı tərk edirlər. Fürsətdən istifadə edərək, demək istəyirəm ki, bəzən aparıcılarımız sosial şəbəkə üzərindən açıqlama verərək, belə halın yaşanmasını istəmədiklərini, buna qarşı olduqlarını bildirirlər. Bütün efirlər 5-10 dəqiqə gecikmə ilə yayımlanır. Əgər həqiqətən də layihə rəhbəri, müğənni bunu istəmirsə, o hissəni dərhal kəsə bilirlər. Bütün kanallarda bu cür funksiya var. Bunu tamaşaçı hiss eləmir. Əgər tanınmış simalar buna razı olmasaydı, həmin kadrlar efirə getməzdi. Şərait yaradan özləridir”.

A.Xəlil bəzi tanınmışların aparıcılara hansı şərtlər qoyduğundan da söz açıb:

“Elə müğənnilər də var ki, bəzi ölkələrin dırnaqarası təcrübəsini özlərinə nümunə götürərək, aparıcıya şərt qoyurlar ki, mən olanda verilişdə başqa adam olmasın, yaxud nə olar, nə olmaz deyə siyahı verirlər. Bu onların öz işləri, seçimləridir. Məsələ ondan ibarətdir ki, onları məhşur edən televiziya kanallarına da şərt kəsirlər. Yəni, bunu edə bilən tanınmışlar əgər istəməzsə, sözügedən mövzu barədə də öz etirazlarını bildirə və buna icazə verməyə bilərlər ki, mənim oğlumun, qızımın, yaxud başqa yaxınımın ölümündən danışmayın. Aparıcının həmin məsələdə heç bir günahı yoxdur. Aparıcı sadəcə təklif edir. Hamısına aid etmirəm, amma, elə aparıcılar da var ki, onun üçün yazılan şərhlər, təhqirlər önəmli deyil. Ailəsini, nəslini belə söysələr bunu normal qarşılayır. Bir cümlə işlədirlər ki, “əşşi, oradakılar onsuz da ağızlarına gələni danışırlar”. Elə onlardır da adama baxan. Deməli, problem qonağın özündədir”.





Paylaş:


Müəllif : Tarix:
26-10-2024, 11:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər