reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakının bu qəsəbəsində evlər niyə ucuzdur? – SƏBƏBLƏR

reklam

Bakının bu qəsəbəsində evlər niyə ucuzdur? – SƏBƏBLƏR

















Paytaxt ərazisində istər mənzil, istərsə də fərdi yaşayış evlərinin qiymətlərinin nə dərəcədə yüksək olduğu hamıya məlumdur. Xüsusən mərkəz və mərkəzəyaxın yerlərdə ev sahib olmaq demək olar ki, mümkünsüzə çevrilib. Bu kimi səbəblərdən bir çox vətəndaşlar Bakıətrafı qəsəbələrdən daşınmaz əmlak almağa üstünlük verir. Təbii olaraq, tələbin artması paytaxtın yaxın radiusunda yerləşən qəsəbələrdə ev və torpaq qiymətlərinin bahalaşmasına səbəb olur. 

Lakin Qaradağ rayonunun inzibati mərkəzi sayılan və Bakının mərkəzinə cəmi 20 kilometr məsafədə yerləşən Lökbatan qəsəbəsində daşınmaz əmlakın hər 3 seqmentində digər qəsəbələrlə müqayisədə ciddi ucuzluq nəzərə çarpır. Yerləşdiyi ərazi baxımından mərkəzə birbaşa yolu olan bu qəsəbə son illər rayonlardan iş və təhsil üçün Bakıya üz tutan vətəndaşların əsas seçim variantlarından biridir. Qəsəbədə ev və mənzillərə tələbatı artıran digər bir səbəb isə “Sədərək” və “Abşeron” ticarət mərkəzinin məhz burada yerləşməsidir. 

Elan saytlarına nəzər saldıqda, Lökbatanda ev və torpaqların qiymətinin heç də baha olmadığı, əksinə, Masazır, Xırdalan, Hövsan və digər bu kimi ərazilərə nisbətən aşağı olduğu nəzərə çarpır. Nümunə olaraq, qəsəbə ərazisində satışa təqdim olunan 2 mərtəbəli, 150 kvadratmetr ərazisi olan tam təmirli, 3 otaqlı həyət evinin qiyməti cəmi 90 min manata təklif olunur. Yeni tikili binada yerləşən 2 otaqlı 65 kvadrat mənzil isə 75 min manata satılır. Qəsəbədə torpaq qiymətləri də elədə baha deyil. Hazırda Lökbatanda torpağın 1 sotu yerindən asılı olaraq, təxminən 5-20 min manat arasında dəyişir. 

Realtorlar və bəzi sakinlər qəsəbədəki qiymətlərin nisbətən aşağı olmasını bəzi səbəblərlə əsaslandırır. Onların fikrincə, bu tendensiya Lökbatanın bəzi yerlərində su, qaz və işıq kimi başlıca kommunal xidmətlərdə tez-tez kəsilmələrin olması ilə bağlıdır. Digər tərəfdən, qəsəbədə olan daşınmaz əmlakların əksər hissəsindən çıxarış yoxdur. Bu isə öz növbəsində qiymətlərə ciddi dərəcədə təsir göstərir. 




Paylaş:


Müəllif : Tarix:
26-10-2024, 13:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər