reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bəzi yerlərdə leysan yağır - Faktiki hava + Yenilənib

reklam

Bəzi yerlərdə leysan yağır - Faktiki hava + Yenilənib


















Azərbaycanda oktyabrın 26-sı saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar (Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

***

Ölkə ərazisində müşahidə olunan növbəti faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm,  Qubada 16 mm,  Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm,  Şəkidə 4 mm olub.

Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır. 

Şimal- qərb küləyi  Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb. 

Havanın  temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da  və Aran rayonlarında 14 dərəcəyədək , dağlıq rayonlarda   2 dərəcəyədək  isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.





Paylaş:


Müəllif : Tarix:
27-10-2024, 09:38
Sikayət   


loading...
Загрузка...