Azərbaycanın avtomobil bazarında nə baş verir? - Ucuzlaşmanın səbəbi nədir?
Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir.
2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Baku TV-yə bildirib ki, hibrid mühərrikli avtomobillər və elektromobillərin orta idxal qiymətinin azalması ölkəyə ucuz avtomobillərin gətirilməsi ilə bağlıdır:
Ekspert bildirib: "İdxal olunan avtomobillərin qiymətində kəskin ucuzlaşma yoxdur. Burada seqment dəyişikliyi var. Yəni əvvəllər ölkəyə dəyəri yüksək olan avtomobillər gətirilirdisə, hazırda həmin seqmentdən olan ucuz avtomobillər gətirilir. Məsələn, əvvəllər 30 000 dollara elektromobil gətirilirdisə, indi isə bu 25 000 dollara başa gəlir".
Son illərdə hibrid mühərrikli avtomobillərin və elektromobillərin idxalına və satışına vergi güzəştlərinin tətbiq edilməsi onlara marağı artırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-10-2024, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər