Gömrükdəki “sehirbaz çubuğu”nun sirli fəndləri
Dövlət Komitəsi sahibkarları necə soyur?
Ötən həftə Dövlət Gömrük Komitəsi məlumat yaydı ki, 2024-cü ilin arxada qalan 9 ayı bu qurum üçün uğurlu olub: komitə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə 4,8 faiz və ya 224,5 milyon manat artıq vəsait toplayıb.
İlk baxışdan bu məlumatda qeyri-adi heç nə yoxdur. Təəccüblü olan məqam bu xəbərin detallarındadır. Aydın olur ki, qeyd olunan dövrdə gömrük orqanlarının xəttilə toplanan əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların məbləği 1,7 faiz və ya 55,1 milyon azaldığı halda, gömrük rüsumları hesabına mədaxil kəskin şəkildə - 28,6 faiz və ya 346 milyon manat artıb. Soruşula bilər ki, burda sual doğuran məsələ nədir?
Bu yazı məhz elə həmin qaranlıq məsələyə aydınlıq gətirir.
ƏDV-yə cəlb olunan idxal mallarının sayı dəfələrlə çoxdur
Qanunvericiliyə görə, ƏDV ilə müqayisədə azadolunma və güzəştlər idxal rüsumlarına münasibətdə daha məhduddur. Hazırda Azərbaycanda beynəlxalq kodlara uyğun bütün mal mövqelərinin az qala yarısı ya sıfır dərəcə, ya da aşağı dərəcə (5 faiz) ilə rüsuma cəlb edilir. Müqayisə üçün bircə fakta diqqət yetirmək kifayətdir: malların idxal rüsumuna cəlb edilməsilə bağlı Nazirlər Kabinetinin 500 saylı qərarında "diri heyvanlar” və "balıqlar və xərçəngkimilər” adlı 2 fərqli əmtəə qrupunda 600-ə yaxın mal növünün 70 faizindən sıfır dərəcə və 5 faizlə idxal rüsumu tutulur. Bu malların heç biri üzrə ƏDV güzəşti yoxdur. Ümumilikdə isə bütün idxal mallarının ən azı 85-90 faizinə vahid və yüksək dərəcə (18 faiz) ilə ƏDV tətbiq edilir.
Qeyd olunan faktlar onu deməyə əsas verir ki, əgər idxal rüsumlarının tətbiq dairəsi ƏDV ilə müqayisədə daha məhduddursa və dərəcələri daha aşağıdırsa, gömrük yığımlarında artım olduğu zaman bu ilk növbədə ƏDV hesabına baş verməlidir. Əgər son 5 illik statistikaya nəzər yetirsək, yalnız bir il (2021-ci il) istisna olmaqla, digər illərdə ya ƏDV üzrə yığımlar daha sürətlə artıb, ya da rüsum və ƏDV üzrə daxilolmaların dinamikası bir-birinə çox yaxın olub.
Məsələn, 2019-cu ildə gömürk yığımları ƏDV üzrə 28,5 faiz, idxal rüsumları üzrə 25,5 faiz artmışdı. Yaxud 2022-ci ildə ƏDV hesabına mədaxil 37% artdığı halda, idxal rüsumlarıdan büdcəyə ödənişlər 17 faiz çoxalmışdı. Pandemiya ilində (2020-ci il) hər iki mənbədən daxilolmalar təxminən eyni səviyyədə - 8 faizə yaxın azalmışdı. Nəhayət, 2023-cü ildə Gömrük Komitəsinin idxal rüsumları hesabına yığmlarının artım tempi (təxminən 14 faiz) ƏDV üzrə mədaxili (11 faiz) bir qədər üstələsə də, fərq kiçik olmuşdu.
2024-cü ildə baş verənlərin isə ağlabatan izahı yoxdur: ƏDV üzrə gömrük daxilolmaları 2 faizə yaxın azaldığı halda, rüsumlar üzrə mədaxil birdən-birə 29 faizə yaxın artır.
Əgər il ərzində ƏDV-yə münasibətdə azadoolunma və güzəştlərin siyahısı kəskin şəkildə artırılıb rüsumlara münasibətdə azaldılsaydı, bunu obyektiv səbəb kimi qəbul etmək olardı.
Doğrudur, son bir ildə lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin, həmçinin bəzi növ mineral gübrə və pestisidlərin idxalının ƏDV-dən azad edilməsilə bağlı qərarlar olub. Lakin həmin qərarların əhatə dairəsinə 200-ə yaxın mal daxil edilib və bu məhsullar üzrə idxalın dəyəri o qədər böyük deyil ki, Gömrük Komitəsinin ƏDV üzrə mədaxilinin azalmasına səbəb olsun - xüsusilə də digər mal qrupları üzrə idxalın artdığı bir şəraitdə.
İdxalla məşğul olan sahibkarlarla bu məsələni aydınlaşdırmağa çalışdıq və adının mediada hallanmasından çəkinən iş adamlarının dediyinə görə, bu məsələyə Gömrük Komitəsinin fəndləri səbəb olur.
"Sehirbaz çubuğu”nun sirli fəndləri
Adının çəkilməsini istəməyən biznes təmsilçiləri bildirirlər ki, yaranmış vəziyyətin əsas səbəbi gömrük orqanlarının üzərinə çəkə bilməyəcəyi büdcə öhdəliyinin qoyulmasıdır.
Gömrük Komitəsinin öhdəliyi hər il artırılır və qurum onun üçün müəyyən edilmiş məbləği nə yolla olur-olsun, toplamalıdır. ƏDV vahid dərəcə ilə tutulduğu üçün bu tədiyə növünün tətbiqində manipulyasiya imkanları çox məhduddur. Amma idxal rüsumları ilə bağlı vəziyyət fərqlidir: qanunvercilikdə eyni qrupa aid və eynicinsli mallara münasibətdə diferensiallaşdırılmış tariflər tətbiq edilir.
Məsələn, pərakəndə satış üçün qablaşdırılmış və ya qablaşdırılmamış pambıq saplara 3 fərqli dərəcə (0, 5 və 15 faiz) ilə gömrük rüsumu tətbiq edilir. Burda tarif dərəcəsi sapların daranıb-daranmamasından, xətti səthin sıxlığından asılı olaraq fərqlənir. Eyni zamanda, növündən və toxunuşundan asılı olaraq parçalar da fərqli dərəcələrlə idxal rüsumuna cəlb edilir. İş adamlarının iddiasına görə, gömrükdə qanunvericliyin tələblərini pozaraq daha aşağı tarifli mallara yüksək dərəcə (məsələn, 5 faiz əvəzinə 15 faiz, 0 dərəcə əvəzinə 5 faiz) tətbiq edilir.
Nəticədə də məhz indi üzləşdiyimiz mənzərə yaranır: ƏDV yığımları yerində sayır, idxal rüsumlarından daxilolma kəskin artır. Halbuki rüsum tətbiq edilən məhsullar istisnasız olaraq ƏDV-yə də cəlb edilir. Bir sözlə, eyni vergitutma bazası, tamamilə fərqli vergi yığmları.
Bunun nəticəsidir ki, 2024-cü ilin 9 ayında idxal rüsumlarının idxal olunan malların dəyərində payı son 6 ilin ən yüksək səviyyəsinə çatıb. Bu il həmin göstərici 6,3 faiz təşkil etdiyi halda, 2018-2023-cü illərdə 4,8-6 faiz intervalında dəyişib.
Belə arqument səslənə bilər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında idxalın ümumi həcmi də 2 milyard dollar artıb və rüsumların çoxalması bununla bağlı ola bilər. Amma məsələ bundadır ki, idxal yalnız dövlət sektoru hesabına artıb və özəl sektorun idxalı, demək olar, eyni səviyyədə (10 milyard dollardan bir qədər çox) qalıb.
Hökumət rəsmiləri özləri də bildirir ki, dövlət sektorunda idxalın artımı işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri ilə bağlıdır. Bu işlərlə bağlı malların idxalı gömrük vergi və rüsumlarından azaddır. Eyni zamanda, əgər gömrük yığımarı idxal hesabına genişlənmiş olsaydı, bu halda ƏDV üzrə daxilolmalar da artmalı idi.
İdxalatçıları peniya və cərimələrlə də boğurlar
İş adamlarının daha bir narazılığı onlara əsassız olaraq peniya və cərimələrin yazılmasıdır. Onların dediyinə görə, qanunverilcik gömrük bəyannamələrinin təqdim edilməsi qrafikinə uyğun olaraq gömrük ödənişlərini 15 iş günü ərzində etməyə icazə verir. Lakin son zamanlar gömrük orqanları bu müddəti gözləmədən mal gömrük ərazisinə daxil olan andan peniyaları hesablamağa başlayır. Peniyanın məbləği idxala görə ödənilməli olan vergi və rüsumların məbləğindən hər gün üçün 0,1 faiz ödənilir.
Toplum Media
Paylaş:
Müəllif : Fuad
Tarix:29-10-2024, 15:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər