İcra başçısının ilk qəbul günündə narazılıq - Video
Ağsunun yeni icra başçısı Vahid Tağıyevin ilk qəbul günündə narazılıq yaranıb.
Bu barədə rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, icra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinin binası önünə 200 nəfərə yaxın şikayətçi toplaşsa da, onların çox az bir qismi qəbula düşə bilib.
“Dedilər ki, nahardan sonra yenidən qəbul başlayacaq. Lakin nahar bitməmiş bizi binanın önündən kənarlaşdırdılar və bildirdilər ki, qəbul olmayacaq. Biz ümid edirdik ki, Vahid Tağıyev Ənvər Seyidəliyevdən fərqlənəcək. Lakin ümidlərimiz doğrulmadı. Vahid Tağıyev elə ilk gündən narazılıq yaratdı”, - deyə sakinlər bildirib.
Şikayətçilərin narazılığına səbəb olan məsələlərdən biri də yeni icra başçısının zəlzələdən ziyan çəkənləri qəbul etməyəcəyini bildirməsidir:
“Bizə deyilib ki, bu məsələ ilə bağlı icra başçısı heç kimi qəbul etməyəcək. Bura gələnlərin çoxu da elə bu məsələ üçün gəlib. Təbii fəlakət baş verib, insanların evi uçub, dağılıb, dövlət büdcəsindən təmir bərpa işlərinə külli miqdarda vəsait ayrılıb. Amma kimin imkanı var onun evini təmir edirlər, tamamilə yararsız vəziyyətdə olanların yerinə yenisini tikirlər. Amma imkansız, arxa-dayaqsız insanların dərdini dinləyən yoxdur”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-10-2019, 16:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-10-2019, 16:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45