Azərbaycanda bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK
Xəbər verdiyimiz kimi, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib. Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırıb.
Maraqlıdır, məhsul alarkən POS-terminal yoxdursa, kartdan karta pul köçürmək qadağandırmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, kartdan karta pul köçürmək qadağan deyil:
“Yəni “Elektron ticarət haqqında” Qanun kartdan karta pul göndərməyi qadağan etmir. Qanun istehlakçıların elektron ödəniş etmək imkanı ilə təmin edilməməyi qadağan edir. Başqa sözlə, POS-terminalların müştəriyə təqdim edilməməsini qadağan edir”.
Ekspert qeyd edib ki, belə hallar hədsiz çoxalıb və buna görə də operativ vergi nəzarəti tədbirlərinin gücləndirilməsinə ehtiyac var.
E.Əmirov sonda vurğulayıb ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara ilk dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat cərimə tətbiq olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-10-2024, 18:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər