reklam
Regionxeberlericom.az » Cəmiyyət » Antiinhisarın icazə vermədiyi birləşməni ADY necə reallaşdıra bilib?

reklam

Antiinhisarın icazə vermədiyi birləşməni ADY necə reallaşdıra bilib?














Son zamanlar müşahidə olunur ki, Azərbaycan Dəmir Yolları QSC yetərincə aktivdir. Çoxsaylı layihələr icra edir, qurumun və infrastrukturun modenləşməsi və rəqəmsal transformasiyası istiqamətində ciddi addımlar atır.

Sabahdan da dəmir yolu ilə yükdaşımada yeni mühit formalaşacaq.

Uzun illərdir ki, ADY-nin iki törəmə qurumu yükdaşımaya baxırdı, ADY Ekspress MMC və ADY Konteyner MMC.

İndi isə, bu iki qurum ADY Müşahidə Şurasının qərarı ilə birləşdirilib və vahid bir ADY Ekspress MMC yaradılıb.

Maraqlıdır ki, son zamanlar Azərbaycan ərazisindən müxtəlif nəqliyyat dəhlizləri ilə tranzit daşımalarının kəskin artdığı bir zamanda belə qərar qəbul edilib.

Güman ki, ADY beynəlxalq tələbatın da artdığını nəzərə alaraq səmərəliliyi artırmaq üçün yükdaşıma bazarına daha güclü bir oyunçunun, birləşmiş resurslara malik bir daşıyıcının çıxarılmasında maraqlı olub.

Burada diqqət çəkən məqam həm də odur ki, təbii inhisar subyektlərinin reyestrində olan ADY tərkibində belə bir qurumun formalaşmasına Antiinhisar bu dəfə mane olmayıb.

Xatırladıram ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iki il bundan öncə də ADY-yə qarşı onun törəmə müəssisələrinin ekspeditor fəaliyyətinin dayandırılması, ADY-nin balansında olan vaqon parkının özü tərəfindən idarə edilməsi, tarif və güzəştlərin tətbiq edilməsi mexanizminin müəyyənləşdirilməsi və s. tələblər irəli sürmüşdü.

ADY isə bu qərardan məhkəməyə şikayət etmişdi. Xatırlayıram ki, bir neçə instansiyada bu işə baxılmışdı. İndi isə görünən odur ki, ADY bu məsələni mübahisələndirərək qalib gələ bilib.

Düşünmək olar ki, yeni Rəqabət Məcəlləsinin 26.4 Maddəsi də ( birləşmənin nə zaman təmərküzləşmə hesab edilməməsi haqdqında) ADY üçün yaşıl işıq yandırıb.

Xatırladıram ki bir neçə ay öncə Antiinhisar Dövlət Xidməti ekspeditorlardan daxil olan şikayətlər əsasında Antiinhisar qanunvericiliyin (köhnə qanun) tələblərinin pozulduğunu əsas götürərək ADY -yə maliyyə sanksiyası tətbiq etmiş və sahə üzrə inhisarçılığın qarşısının alınmasına, rəqabətin güclənməsinə yönəlik göstərişlər vermişdi.

Beləliklə dəmir yolu ilə yükdaşımalarda sabahdan etibarən ADY Ekspress MMC vahid daşıyıcı olaraq bütün funksiyaları öz üzərinə götürəcək və müştərilərə müxtəlif logistika xidmətləri, həm konteyner, həm də vaqonlarla daşımalar üzrə xidmətlər təqdim edəcək.

Bu birləşmənin gələcəkdə rəqabətin inkişafına necə təsir göstərməsini də güman ki zaman göstərəcək.

ADY-nin dinamikliyi, sektorun inkişafına yönəlik addımları, qurumun modernləşməsinə yönələn meqa layihələrə start verməsi, beynəlxalq yükdaşımalar bazarında regionda önə çıxması, nəhayət sərnişindaşımanı da unutmaması təqdirə layiqdir və diqqət cəlb edəndir.

P.S. Görəsən Aztelekom və Baktelekom-un da bir neçə illərdi davam edən birləşmə prosesinə Antiinhisar razılıq verəcəkmi?

Onların birləşməsi təmərküzləşmə olacaq, yoxsa sadəcə resursların birləşdirilməsi

Osman Gunduz




Paylaş:


Müəllif : Tarix:
1-11-2024, 09:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər