reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda da dollar bahalaşacaq? – AÇIQLAMA

reklam

Azərbaycanda da dollar bahalaşacaq? – AÇIQLAMA

















ABŞ-də seçkilərin nəticələri Azərbaycanda dolların bahalaşmasına səbəb ola bilərmi? 

Bu barədə Moderator.az-a danışan iqtisadçı Rəşad Həsənov deyir ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da öz təsirini göstərdi:

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

“İnvestorlar Trampın yenidən prezident seçilməsi ilə ABŞ-ın daxili bazarına yönəlik siyasətin güclənəcəyini güman edirlər. Tramp vergiləri aşağı salacaq və digər tərəfdən tarifləri artıracaqdır. Belə olan halda, qiymətlər artacaq, inflyasiya sürətlənəcək. Belə bir şərtlər daxilində Federal Ehtiyat Sistemi (FED) məcburən daha sərt pul kredit siyasəti həyata keçirməli olacaqdır. Birinci hakimiyyəti dövründə Tramp daha ucuz dollar siyasətini həyata keçirmək istiqamətində FED-ə təzyiqlər edirdi. İkinci hakimiyyəti dövründə də bu təzyiqlərin artacağı ehtimalları yüksəkdir. Bir tərəfdən  onun siyasət istiqaməti dolların möhkəmlənməsini şərtləndirirsə və bunun üçün iqtisadi konyuktur formalaşdırırsa, digər tərəfdən, Trampın öz administrativ resurslarından və gücündən istifadə edərək   FED-in daha yumşaq humanitar siyasətə keçidlə əlaqədar qərarlarının ortaya çıxmasına gətirib çıxara bilər. Dolların ilkin bazar reaksiyalarından sonra növbəti həftələrdə məzənnəsinin qismən optimallaşacağı ehtimalları çox yüksəkdir”.

Azərbaycanda dolların məzənnəsinin  daha çox neftin qiyməti ilə əlaqədar formalaşdığını deyən iqtisadçı qeyd edib ki,  bu proseslər Azərbaycanda dolların məzənnəsinə birbaşa təsir göstərməyəcəkdir:

“Trampın siyasət istiqamətlərindən biri də ondan ibarətdir ki, böyük ehtimalla Rusiya neftinin dünya bazarlarına təşviqi imkanlarını nisbətən yumşaldacaqdır, əvəzində İran neftinin əlçatanlığını aşağı salacaqdır. Rusiya neftinin burada daha yüksək, böyük həcmli olması növbəti Tramp hakimiyyəti dövründə bazarda neft təklifinin artmasına səbəb olacaq. Lakin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi kimi böyük neft hasilatçılarına müəyyən təzyiqlər nəticəsində neftin qiymətinin dünya bazarlarında aşağı olması istiqamətli siyasət həyata keçirilə bilər. Belə olduğu təqdirdə neftin qiymətinin ucuzlaşması Azərbaycan dolları üçün yeni arzuolunmayan inkişaf senarilərinə yol aça bilər. Cari konyunkturda dolların Azərbaycanda ucuzlaşmasını, yəni manatın devalvasiyasını şərtləndirən hər hansı ciddi faktorlar yoxdur və hələlik qlobal geosiyasi vəziyyətin mürəkkəbliyi neftin də kəskin şəkildə ucuzlaşması ehtimallarını azaldır”.

Moderator.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli isə qeyd edir ki, ABŞ –də seçkilərin nəticələrinin birjalara təsirini əvvəldən qiymətləndirmək doğru deyil:

“Bir müddət gözləmək lazımdır.Təbii ki, xəbərlər fonunda  birjalarda enmələr, qalxmaları olacaq.Trampın əsas hədəfi ucuz dollar, ucuz neft qiymətləri strategiyasıdır”.

 İqtisadçı hesab edir ki,  ABŞ-də seçkilərin nəticələrinin Azərbaycana təsirləri neftin qiymətlərində ola bilər:

“Çünki ölkəmizdə məzənnə inzibati qaydada tənzimlənir. Dünya bazarında dolların qalxmasının və yaxud da enməsinin Azərbaycan manatına birbaşa təsiri yoxdur. Amma neftin qiyməti düşərsə,bu yöndə hökumət və Mərkəzi Bank bir müddətdən sonra müəyyən addımlar ata bilər”. 





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər