Əli İnsanov görüşlərə başlayıb
Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov insan haqları müdafiəçiləri ilə görüşüb.
Bu haqda bilgini Musavat.com-a hüquq müdafiəçisi Səidə Qocamanlı verib. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində baş tutan görüşdə cəmiyyətin sədri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı iştirak edib.
Səidə Qocamanlının sözlərinə görə, Əli İnsanov onun həbsini davamlı diqqətdə saxladıqları üçün insan haqları müdafiəçilərinə təşəkkürünü bildirib: ”Biz fərmandan bir neçə gün sonra görüşmüşük. Həm birinci, hə də ikinci həbs dönəmlərində biz onun azadlığa çıxması üçün dəfələrlə rəsmi qurumlarla danışıqlar aparmışıq, adı hər zaman əfvə təqdim etdiyimiz siyahılarda olub. Bundan başqa, səhhəti ilə bağlı problem yaşayanda Əli İnsanovun vəkili onun Almaniyadakı həkiminin Azərbaycana gəlməsi məsələsini qaldırmışdı. Bu məsələyə biz də bacardığımız dəstəyi verməyə çalışmışdıq. Azərbaycan hökuməti buna icazə verməsə də, Əli İnsanov o zamankı çalışmalarımıza görə minnətdarlıq etdi”.
Səidə Qocamanlı deyir ki, Əli İnsanov görüşdə azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu xüsusi vurğulayıb: ”O, son ana qədər adının əfv edilən məhbuslar siyahısında olacağına inanmadığını dəfələrlə dedi. Azadlıq böyük nemətdir. Biz onunla söhbətdə bunu bir daha dərk etdik. Əli İnsanov 14 il ailəsi ilə faktiki təmas qurmayıb. Dedi ki, böyük nəvəsi artıq 19 yaşındadır. Onu son dəfə 5 yaşında görüb. Digər ailə üzvləri də elə… Arzu edirəm, bundan sonra Azərbaycanda heç kim haqsız yerə həbs edilməsin”.
İnsan haqları müdafiəçiləri ilə görüşdə Əli İnsanov ölkədə digər siyasi məhbusların azad edilməsi üçün prosesin davam etdirilməsinin vacibliyini də vurğulayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-03-2019, 23:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-03-2019, 23:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09