Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri, xüsusilə vergi hesabatlarında çətinliklərlə üzləşirlər. Bu, maliyyə idarəçiliyi və vergi məsələləri baxımından ciddi problemlərə yol açır, hansı ki, maliyyə cərimələri kimi əlavə ödənişlər yaranır. “Sözügedən layihənin icrası ilə, biz bu kimi problemləri həll etmək üçün, layihə çərçivəsində Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətlərə (MMC) və sahibkarlıq subyektlərinə, peşəkar ekspertlərin dəstəyi ilə maliyyə savadlılığı üzrə təlimlər və vörkşoplar keçiririk; eyni zamanda, iştirakçıları həvəsləndirmək məqsədilə regiondakı uğurlu biznes qurumlarına səfərlər təşkil edilir”. Layihə rəhbərinin sözlərinə görə, növbəti mərhələdə, MMC-lər və yeni biznesə başlamaqda maraqlı olanlar üçün mentorluq dəstəyi göstəriləcək.
Layihənin icrası zamanı bir çox dövlət və özəl qurumlarla – Azərbaycan Respublikası Mərkəzi Bankı, AccessBank, EducationHub, KOBİM və başqaları ilə əməkdaşlıq edilir.
Qeyd edək ki, layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənir.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər