reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baş nazirdən şəhid ailələri ilə bağlı - Yeni Qərar

reklam

Baş nazirdən şəhid ailələri ilə bağlı - Yeni Qərar

















Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qaydalara əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılacaq.

Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması üçün ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri təmsilçi olaraq uçota alınmış şəxsin vəfat etdiyi gündən etibarən 3 ay müddətində yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanına və yahud “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə ərizə ilə müraciət etməlidir.

Ailə üzvlərinin birgə razılığı əsasında ailənin üzvlərindən birinin təmsilçi olması yerli icra hakimiyyəti başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilməlidir.

Bununla yanaşı, uçota alınmış şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Mənzil Məcəlləsinə əsasən, ailə üçün kifayət etdiyi müəyyən edildikdə, uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilir.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər