Heç vaxt bu qədər isti olmayıb: son 15 ayda…
Yer kürəsinin təxminən yarısında su axını orta həddən aşağı və yaxud çox aşağı olub. Bu, maraqlı məqamdır, çünki son 15 ayda, demək olar ki, hər ay temperatur rekordu qırmışıq.
Bunu Birləşmiş Millətlər Təşkilatının Hava, İqlim və Su üzrə İxtisaslaşdırılmış Agentliyi - Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Hidrologiya, Su və Kriosfer proqramının rəhbəri Stefan Ahlenbruk COP29 çərçivəsində təşkil olunmuş “İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası” adlı tədbirdə bildirib.
“Planetdə əvvəllər heç vaxt bu qədər isti olmayıb. Atmosferdəki bu istilik çayları qurudur. Həmçinin okeanlarda da rekord tempuraturlara şahid olduq. Okeanlarda və atmosferdə yüksək temperatur daha çox ekstremal yağışa səbəb olub. Beləliklə, biz çox şiddətli daşqınlarla xarakterizə olunan bir il yaşadıq. İqlim dəyişikliyi nəticəsində bütün dünyada buzlaqlar sürətlə azalır. Məsələn, son 2 il İsveçrə buzlaqlarının təxminən 10%-i əriyib. Bu da qlobal miqyasda gözlədiyimizdən daha sürətli ərimədir”, - o vurğulayıb./Axar.az
Paylaş:
Müəllif : Fuad
Tarix:21-11-2024, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…

"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu