reklam
Regionxeberlericom.az » Cəmiyyət » Uşaqlar arasında yayılmış yeni infeksiya: Həkimdən VACİB XƏBƏRDARLIQ

reklam

Uşaqlar arasında yayılmış yeni infeksiya: Həkimdən VACİB XƏBƏRDARLIQ

















Azyaşlılar arasında riskli infeksiya yayılıb. Həkimlər bu infeksiyanın qızılca ilə oxşar olduğunu bildirirlər. Buna görə də bəzi məqamlar valideynlərə qaranlıq qalıb. Onlar övladlarının qızılca, yaxud hansısa digər infeksiyaya yoluxduğunu müəyyən edə bilməməkdən narahatdırlar.

Pediatr-infeksionist Aytən Ziyadova “Yeni Sabah”a adı hallanan xəstəlikdən danışıb.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Həkim valideynlərin narahat olduğu məqamlara belə aydınlıq gətirib:

“A qrup Streptokok uşaqlarda ciddi infeksiya səbəbkarı ola bilər və diqqət tələb edən bir vəziyyətdir. Bu infeksiya əsasən boğaz ağrısı (streptokok faringiti) və dəridə infeksiyalara səbəb olur”.

Həkim bildirib ki, aşağıdakı məqamlar uşaqlarda bu infeksiya zamanı diqqət edilməli olan əsas məqamlardır:

“ Simptomlar:

Boğaz ağrısı: Kəskin və şiddətli ağrı, udqunma zamanı daha da artar.

Yüksək hərarət: 38°C və ya daha yüksək.

Baş ağrısı, qarın ağrısı və qusma.

Tonsillərdə ağ ləkələr.

Dərinin səpməsi: Qızılca bənzəri səpmə (şarlax xəstəliyi əlaməti ola bilər).

Müalicə edilməzsə, revmatik qızdırma və ya böyrək iltihabı (poststreptokok qlomerulonefrit) kimi ağırlaşmalar baş verə bilər”.

A.Ziyadova müayinə və müalicənin necə aparıldığını da açıqlayıb:

“Streptokok bakteriyasını təsdiqləmək üçün boğazdan yaxma analizi götürülür. Həmçinin, C-reaktiv zülal və antistreptolizin-O (ASO) səviyyəsini yoxlamaq üçün xəstədən qan testi də alınır.

Xəstəliyin bir sıra müalicə üsulları var. Penisillin və ya amoksisillin birinci seçim dərmanlardır. Penisillin allergiyası olan uşaqlara eritromisin və ya digər makrolidlər təyin edilə bilər. Hərarətin endirilməsi: İbuprofen və ya parasetamol istifadə edilə bilər. Bol maye qəbulu və istirahət vacibdir.

Ev şəraitində də bəzi məqamlara diqqət etmək lazımdır. Uşağı kifayət qədər su içməyə təşviq edin. Yeməkdən əvvəl əllərini yuyun və onun üçün şəxsi qab-qacaq ayırın. Streptokok bakteriyası asanlıqla yayılır, buna görə ailədə başqalarının yoluxmasının qarşısını almaq üçün bəzi tədbirlər görülməlidir”.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 16:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər