Elektron siqaret çəkənlər 115 dollar cərimələnəcək
Qırğızıstanda 2025-ci il iyulun 1-dən ölkəyə elektron siqaretlərin idxalına, satışına və çəkilməsinə qadağa tətbiq olunacaq.
Bu barədə prezident Sadır Japarov qanun imzalayıb.
Qanuna əsasən, elektron siqaretlərin çəkilməsi fiziki şəxslər üçün 10 min som (115 dollar), hüquqi şəxslər üçün 60 min som (690 dollar) cərimə ilə nəticələnəcək. Elektron siqaretlərin satışına görə cərimə 20 min som (230 dollar), hüquqi şəxslər üçün 65 min som (750 dollar) olacaq.
Bundan əlavə, elektron siqaretlərin qanunsuz idxalına görə qanun islah işləri və ya 100-120 min som (1380 dollara qədər) məbləğində cərimə nəzərdə tutur. Elektron siqaretlərin külli miqdarda və ya xüsusilə külli miqdarda idxalına görə 200 min soma (2300 ABŞ dolları) qədər cərimə və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 18:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər