Deputat qəzada həlak olarsa, ailəsi 150 min manat sığorta ödənişi alacaq
Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin deputatlarının vəzifə maaşı artırılıb.
Naxçıvan Ali Məclisinin deputatlarının vəzifə maaşı artırıldığı üçün onlara ödəniləcək sığorta ödənişləri də artacaq.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanunun 35-ci maddəsinin tələbinə əsasən, hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir və əgər deputat fərdi qəza nəticəsində həlak olarsa, bu məbləğ onun mirasçılarına (ailə üzvlərinə) ödənilir.
Qeyd etdiyimizm kimi, Naxçıvan Ali Məclisinin deputatlarının vəzifə maaşı artırıldıqdan sonra sədrin maaşı 3 330 manat, sıravi deputatın aylıq vəzifə maaşı isə 1 665 manat olub.
Bu isə o deməkdir ki, Naxçıvan Ali Məclisinin sədri qəza nəticəsində həlak olarsa, 199 min 800 manat, sıravi deputat həlak olarsa, 99 min 900 manat sığorta ödəniləcək.
Onu da bildirək ki, Azərbaycan Milli Məclisinin deputatlarının vəzifə maaşı Naxçıvan Ali Məclisinin deputatlarının vəzifə maaşından yüksəkdir. Bu səbəbdən onlara ödənilməsi nəzərdə tutulan sığorta ödənişinin məbləği də yüksək olur. Belə ki, Milli Məclisin sədri qəza nəticəsində həlak olarsa, 213 min manat, sıravi deputat həlak olarsa, ailələrinə 149 min 100 manat sığorta ödənişi ediləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər