Balaxanı sakinləri marşrut avtobusunun fəaliyyətindən narazılıq edir - VİDEO
Bakı şəhəri, Sabunçu rayonunun Balaxanı qəsəbəsində sakinlər ərazidə xidmət göstərən 105 nömrəli marşrut avtobusunun fəaliyyətindən narazıdırlar.
regionxeberlericom.az “Report”-a istinadən xəbər verir ki, sakinlər 15 ildir pik saatlarda işə, məktəbə getməkdə çəkinlik çəkdiklərini bildirib.
Onların sözlərinə görə, avtobuslar pis vəziyyətdədir: “Qəsəbə son 15 ildə çox böyüyüb və Yeni Balaxanı yaranıb. 105 nömrəli avtobus metronun "Neftçilər" stansiyasından gəlir Yeni Balaxanıya və oradan da kəndin əsas hissəsi olan köhnə Balaxanıya. Halbuki əvvəllər yalnız köhnə Balaxanıya işləyirdi. Bir ara Yeni Balaxanı üçün 340 nömrəli marşrutu yaratdılar. Həmin dövrdə vəziyyət nisbətən yaxşı idi. İndi Balaxanı sakinləri olaraq təklifimiz budur ki, 105 nömrəli marşrutun avtobusları yenilənsin, sayları artırılsın, A və B xətlərinə ayrılsın”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbaut katibi Mais Ağayev "Report"a bildirib ki, daşıyıcı şirkətə məlumat verilib: “Bu xətlə bağlı vəziyyət bizi də ciddi narahat edir və çatışmazlıqların aradan qalıdırılması üçün dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılıb. Lakin istənilən nəticə əldə olunmayıb. Bildiyiniz kimi hazırda marşrut şəbəkəsində yenilənmələr gedir, optimallaşdırma aparılır. Bu çərçivədə bu cür xətlər də dəyişdiriləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-10-2019, 13:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Bakı şəhəri, Sabunçu rayonunun Balaxanı qəsəbəsində sakinlər ərazidə xidmət göstərən 105 nömrəli marşrut avtobusunun fəaliyyətindən narazıdırlar.
Paylaş:
Müəllif :
Yazar
Tarix:7-10-2019, 13:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50