reklam
Regionxeberlericom.az » Cəmiyyət » Etibarnamə ilə bağlı YENİLİK – Avtomobili bu şəxslərə...

reklam

Etibarnamə ilə bağlı YENİLİK – Avtomobili bu şəxslərə...

















Ölkəmizdə etibarnamə ilə avtomobil almaq alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu, alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən ciddi risklər daşıyır.

Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ortada etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var:

“Vətəndaşlar birinci növbədə bilməlidirlər ki, etibarnamə ilə avtomobil almaq və yaxud satmaq anlayışı qanunvericilikdə yoxdur. Avtomobil yalnız notariat kontorlarda bağlanmış alğı-satqı müqaviləsi və ya Dövlət Yol Polisi İdarəsində bağlanmış alğı-satqı müqavilələri ilə xüsusi mülkiyyət hüququ kimi rəsmiləşdirilir və texniki şəhadətnamə təqdim olunur.

Nəqliyyat vasitəsi barədə hər kəs etibarnamə verə bilər. Sadəcə etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var. Ötürülən hüquqlarda əgər şəxs, özünün mülkiyyətində olan etibarnaməni yalnız sürmək hüquqi kimi verirsə, bu həmin etibarnamədə qeyd olunur və sürmək hüquqları təsbit olunur”. 

Hüquqşünas qeyd edib ki, artıq ər-arvad öz mülkiyyətlərində olan avtomobili idarə etmək üçün də etibarnamə təqdim etməlidir.

“Ümumiyyətlə, istifadə, sərəncam və qeydiyyatla bağlı hüquqlar ötürüldükdə, onlar da etibarnamədə qeyd olunur. Bu hər kəsin bildiyi baş etibarnamə (generalni davernus) anlayışı kimi qəbul edilir. Nəticə etibarı ilə, həmin baş etibarnamə anlayışı qanunvericilikdə olmasa da, şəxsin adından hüquqları digər bir şəxsi ötürə bilir. Yaxın qohumlarla bağlı isə, yaxın zamanlarda Konstitusiya məhkəməsinin qərarı oldu.

Ərlə-arvadın birgə və ya paylı mülkiyyəti olmasına rəğmən, onların etibarnamə tələb olunmaqla avtomobili idarə etmə məsələsi gündəmə çıxarılmışdı. Məhkəmənin mövqeyi bundan ibarət oldu ki, paylı mülkiyyət olmasına baxmayaraq, ər-arvad mülkiyyətlərində olan avtomobili idarə etmək üçün etibarnamə təqdim etməlidirlər”.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər