reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu ərazilərə qar yağıb - Video

reklam

Bu ərazilərə qar yağıb - Video

















Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Balakən-Şəki zonasında 11-28 mm, Mərkəzi aran rayonlarında 17-24 mm, Quba-Qusar bölgəsində 9-20 mm, Qazax-Gəncə bölgəsində 6-17 mm, Lənkəran-Astara bölgəsində 6-13 mm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində 3-10 mm, Naxçıvan MR-da 6-11 mm, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək yağıntı qeydə alınıb.

Dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Şahdağda 13 sm, Qrızda (Quba) 12 sm, Şərurda 8 sm, Ləzədə 4 sm, Şahbuzda 3 sm, Əlibəy (Zaqatala), Gədəbəydə 2 sm olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Culfada 25 m/s, Kəlbəcərdə 23 m/s, Tovuzda, Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Lerik, Naxçıvan, Naftalan, Qobustan, Göyçay, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 4, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda isə 2 dərəcəyədək şaxta qeydə alınıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.




Paylaş:


Müəllif : Tarix:
27-11-2024, 10:28
Sikayət   


loading...
Загрузка...