Təşviqat yanvarın 6-dan başlayır
Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat 2025-ci il yanvarın 6-dan başlayacaq.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.
Qeyd olunub ki, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat 2025-ci ilin yanvarın 6-dan başlayacaq və yanvarın 28-i 00:00-da dayandırılacaq.
***
İclasda verilən məlumata görə, imza vərəqələrində, həmçinin namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün və müvafiq məlumatları yoxlamaq üçün İşçi Qrupu yaradılıb və tərkibi təsdiq edilib.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib. MSK üzvü Etibar Quliyev komissiyanın sədri təyin olunub.
***
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkidə iştirak etmək istəyən hər kəsə şərait yaradılacaq: “Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Əgər hansısa mübahisəli məqamlarla bağlı müraciətlər də komissiyaya daxil olarsa, ətraflı araşdırılacaq. Biz yerlərə ekspertləri ezam edəcəyik. Çalışırıq ki vətəndaşlar bu seçkidə aktiv iştirak etsinlər”.
***
MSK sədri iclasda siyasi partiya rəhbərlərinə müraciət edib: “Seçkidə aktiv iştirak etsinlər. Biz də əlimizdən gələn hər şeyi edəcəyik ki, onlara hər cür şərait yaradılsın. Səsvermə günü də onların nümayəndələri prosesi izləyəcəklər, hansısa problem yaranarsa, bizə müraciət edə bilərlər”.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-na təyin edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 17:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər