Putin Rüstəm Muradovu yüksək vəzifəyə təyin edib
2020-сi il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-dək Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olan general-polkovnik Rüstəm Muradov Rusiya Quru Qoşunları komandanının birinci müavini vəzifəsinə təyin edilib.
Bu barədə məlumat Dağıstan Respublikasının Tabasaran rayon bələdiyyəsinin rəsmi saytında yer alıb.
Bildirilir ki, Muradovun təyinatı ilə bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Qeyd edək ki, Rüstəm Usman oğlu Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran bölgəsinin Xanak kəndindəndir.
Rüstəm Muradov 2017-ci ildə Suriyada hərbi məsləhətçi olub. Hərbi vəzifəni yerinə yetirərkən göstərilən cəsarət və qəhrəmanlığa görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.
2018-ci ilin dekabrından Cənubi Hərbi Dairə Komandirinin müavini, 2022-ci ilin oktyabr ayında isə komandiri təyin olunub.
2023-cü ilin fevralında Muradov general-polkovnik rütbəsinə layiq görülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-12-2024, 19:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər