reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu diplomlarla işləyənləri cəza gözləyir - Açıqlama

reklam

Bu diplomlarla işləyənləri cəza gözləyir - Açıqlama
















Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Qeyd edilir ki, həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub.

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. 

Qaydaların 4-cü hissəsinə əsasən tanınma üçün təqdim olunan xarici ali təhsil sənədinin autentik (həqiqi) olması tanınmaya dair başlıca tələblərdəndir.

Qeyd edək ki, bir sıra sahələrdə çalışan vətəndaşlarda da belə saxta diplomların olması halları müşahidə edilib. Hətta bir neçə il öncə bir qrup müəllim məhz Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrindən aldıqları diplomlarla çalışdıqları aşkarlanmışdı.

Bəs saxta diplomlarla bağlı çinayət işi nəzərdə tutulurmu?  

Hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”a bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi belə tələblərin hər birinin yoxlanmasını həyata keçirir və bu da təbii olaraq çox düzgün addımdır:

























“Hətta dərslərdə iştirak sayı və s. kimi prosedur qaydaları çoxdur. Yəni yoxlamalarla bağlı elementlər çoxdur. Əgər bir sənədin saxta olduğu aşkar olunursa, bu zaman təbii olaraq araşdırma aparılmalıdır. Araşdırmada ilk növbədə kimin bu sənədi verdiyi müəyyən edilməlidir.

Onun məsuliyyəti ayrıdır. Yəni bir fərdi məsuliyyəti var. İkinci araşdırma ondan ibarətdir ki, o sənədi təqdim edən şəxs o sənədin saxta olub-olmadığı barədə məlumatlı idi, ya yox. Ola bilsin ki, onu da aldadıblar. O da heç məlumatlı deyil ki, o sənəd saxtadır. Yəni bu amil də mümkündür.

Əgər aşkar edilsə ki, o adamın sənədin saxta olmağı ilə bağlı məlumatı yox idi, belə olan təqdirdə onun heç bir məsuliyyəti yoxdur. Ancaq aşkar edilsə ki, o şəxs bilərəkdən saxta sənəd əldə edib, o sənədi istifadə etmək, yəni hər hansı hüquqi imtiyaz qazanmaq üçün hər hansı dövlət orqanına, şirkətə təqdim edir və aşkar olunur ki, bu saxtadır, belə olan təqdirdə Cinayət Məcəlləsində onun məsuliyyəti var. Cinayət Məcəlləsində saxta sənədlərin istifadəsi ilə bağlı ayrıca bir maddə var”. 





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 09:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər