reklam
Regionxeberlericom.az » Cəmiyyət » Utilizasiya başlayır – “Maşın sahibinə elə pul vermək lazımdır ki...”

reklam

Utilizasiya başlayır – “Maşın sahibinə elə pul vermək lazımdır ki...”
















Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı istifadəyə verilib. Bu barədə “Təmiz Şəhər” ASC məlumat yayıb.

Ölkədə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər 5 avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.

Amma sual olunur: utilizasiya müqabilində sürücülərə verilən ödəniş onlara yeni avtomobil almağa imkan verirmi?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, əgər vətəndaşlara uyğun məbləğdə ödəniş verilməsə, könüllü utilizasiyaya heç kim maraqlı olmayacaq:

“Hər bir insan istəyir ki, utilizasiya prosesinin nəticəsində yenilənmiş avtomobili olsun. Heç olmazsa, köhnə maşının müqabilində ödənilən vəsaitlə nisbətən fərqli, texniki imkanları yaxşı olan və istehlak imkanlarına cavab verən nəqliyyat vasitəsi əldə etsin. Əgər bütün bunlar olmayacaqsa, heç kim öz nəqliyyat vasitəsini könüllü olaraq utilizasiyaya göndərməyəcək.

Bu məsələdə məcburi xarakterli addımların atılması mümkün deyil. Çünki həmin avtomobillər istismardadır və hər bir şəxsin mülkiyyətidir. Texniki baxışdan keçə bilməyən nəqliyyat vasitələri ilə bağlı davamlı olaraq cərimələr tətbiq olunur, ikincisi, istismarına icazə verilmir”. 

Ekspertin fikrincə, istismarı mümkün olmayan və texniki baxışdan keçməyən nəqliyyat vasitələri onsuz da utilizasiyaya göndəriləcək:

“Texniki baxış bizə xəbərdarlıq edir ki, maşında hansısa nasazlıq varsa, onu aradan qaldırmaq lazımdır. Əgər son dərəcə köhnəlmiş maşınların hər hansı hissəsinə problem varsa, o texniki baxışdan keçməyəcək. Belə olan təqdirdə həmin vətəndaş avtomobildən istifadə edə bilmədiyi üçün məcbur olub utilizasiyaya göndərəcək.

Utlizasiya belə bir qarışıq situasiyadır. Ona görə də düşünürəm ki, ən azından nəqliyyat vasitəsinin sahibinə elə pul vermək lazımdır ki, heç olmasa yeni nəqliyyat vasitəsini kreditlə də olsa ala bilsin”.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər