reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 8 oktyabr

reklam

Bürclər- 8 oktyabr


Qoç -  səhər saatlarından etibarən aktiv olun, rəqibləri üstələməyə çalışın. Çətin, həlli ağır təsir bağışlayan problemlərin çözülməsində təşəbbüs və qeyri-adi variantlar məsləhətli davranışdır. Yaxın ətrafınızdakı insanların dəstəyi sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında tanışlardan biri yardım təklif edəcək. Təklifi müsbət cavablandırın. Eqoist və müştəbeh insan təsiri bağışlamayın. Təcrübə və imkanlarınıza şübhəniz varsa, yeni işə başlamayın. 
Axşam saatlarına yaxın təəssüratların ilkin izharlarına aldanmayın. Yaxınlarınızla ünsiyyət xoş saatlar bəxş edəcək.

Buğa - səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın.
Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.
Qətiyyət və əminliyin çətinlik yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir.
Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın.

Əkizlər - günün ilk yarısı uğur vəd edir. Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. Əhvalınızdakı harmoniyanın pozulmasına imkan verməyin. İşlərdə zəhmətkeş olsanız, səyləriniz yaxşı nəticə verəcək.
Günün ikinci yarısında məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin.
Axşam saatlarında evdən kənarda istirahət etmək olar. Dəvət aldığınız yerə gedin.

Xərçəng - yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər arzuolunmaz ballast rolunu oynaya bilər. Böyük fiziki və intellektual gərginlik tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar atın.
Günün ikinci yarısında aramla çalışın, tələskənliyə yol verməyin. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Soyuqqanlı olun, amma laqeydlik etməyin.
Axşam saatlarına yaxın intuisiyanız güclənəcək. Romantik görüş üçün münasib zamandır.

Şir - kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir.
Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.
İstirahətin sakit variantını seçin.
Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq.

Qız - bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.
Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.
Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın.
Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyin.
Fiziki işlə məşğul olmaq məsləhətdir.

Tərəzi - günün ilk yarısında süst davranmayın, aktiv olun. Daxili şübhələrinizi səsləndirməyin. Hansısa insandan bədgüman olsanız, fikrinizi və ya mövqeyinizi bəyan etməyin. Yaxın ətrafınızdakı insanlara boş vədlər verməyin. Əks halda nüfuzunuza zərbə dəyə bilər.
Günün ikinci yarısında etibar etmədiyiniz insanlara mübhəmlərinizi etibar etməyin.
Hisslərə qapılaraq alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələləri ilə bağlı yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Güzəştlərə meylli olun.

Əqrəb - adət etdiyiniz işlərlə məşğul olun, ənənəvi proseslərə üstünlük verin. Sürətli qərarlar, kreativ yanaşma, böyük zaman və ya maliyyə tələb
edən işlərə başlamayın. Faydalı əlaqələr, indiyədək nail olduğunuz təmaslar dadınıza çata bilər.
Günün ikinci yarısında çalışdığınız məkanda rəhbərliklə və həmkarlarınızla münaqişəli situasiyanın yaranmasının təşəbbüskarı olmayın. Əks halda gərgin ab-hava bütün planlarınızı alt-üst edə bilər. 
Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oxatan - səhər saatlarında qarşınızda çox yollar açılacaq. Şansları yetərincə dəyərləndirməyə çalışın. Məqsədlərə çatmaq, niyyətləri reallaşdırmaq üçün imkanlar var. 
Günün ikinci yarısında gərginlik, daxili təbəddülatlar istisna deyil. Ötən günləri xatırlayıb köks ötürməyin, nisgilə qapılmayın. 
Uzun müddət dəyər verdiyiniz insanla qəfil görüş güclü emosiyalar yaradacaq. Hisslərinizi anlamağa cəhd göstərin.

Oğlaq - səhər saatlarından etibarən aktiv çalışın. Yaradıcı olun, problemlərin həllində orijinal variantlardan yararlanın. İş yerində təşəbbüskar olun. Belədə rəhbərlik sizi yetərincə dəyərləndirəcək, məqsədə doğru daha sürətlə irəliləmək imkanları qazanacaqsınız.
Günün ikinci yarısında mümkün qədər çox çalışaraq maksimal nəticələr əldə etməyə can atmayın. Çox iş çox uğur demək deyil.
Karyeranızı düşünün, planları təftiş edin.
Axşam saatlarında gərginlikdən qurtulun. Stresslər səbr kasanızı daşdırmamalıdır. Romantik görüş, yaxşı ünsiyyət ola bilər.

Dolça - təmkinli, səbrli olun. Emosiyaların əsirinə çevrilməyin. Fəaliyyət müstəvisində formalaşa biləcək ən ağır situasiyada belə, düşünülməmiş addım atmayın. Müstəqil işləsəniz, cəhdləriniz yaxşı bəhrə verəcək.
Günün ikinci yarısında kollektiv fəaliyyət diqqətinizi yayındıra bilər. Ən optimal strategiyanı seçin. Hisslərin məntiqi üstələməsinə imkan verməyin. 
Yaxın ətrafınızdakı insanların dediklərinə çox fikir verməyin. Hər sözü ürəyinizə salmayın.

Balıqlar - günün ilk yarısında ətrafınızdakı situasiyaya diqqətlə nəzər salın. Zəruri fəaliyyət planını hazırlayın. Az danışın, daha çox iş görün. 
Günün ikinci yarısında səbrli və təmkinli davrsanız, qarşınıza çıxacaq problemləri asanlıqla həll edə bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin.
Axşam saatları maraqlı və xoş insanla təmaslar, ünsiyyət üçün əlverişlidir.


Paylaş:


Müəllif : Tarix:
8-10-2019, 00:04
Sikayət   


loading...
Загрузка...