Əsgərlərlə görüşlərə müvəqqəti məhdudiyyət qoyuldu: Məktəblərdə də qapanma gözlənilir?
Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri qış mövsümündə havanın temperaturunun enməsi ilə əlaqədar birgə məlumat yayıblar.
Məlumatda bildirilir ki, son günlər ölkədə soyuq hava şəraiti səbəbindən mövsümi respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı olduğu üçün adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşlərə müvəqqəti məhdudiyyət qoyulub.
Yenidən virus yayılma ehtimalı varmı? Bu məhdudiyyət orta və ali məktəblərə, uşaq bağçalarına da şamil oluna bilərmi?
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda virus yayılması ilə bağlı heç bir təhlükə yoxdur.
"Müdafiə Nazirliyindən daxil olan müraciət əsasında birgə məlumat yayımlanıb", - deyə açıqlamada bildirilir.
Öz növbəsində Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti də məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb.
"Belə bir məsələ aktual deyil. Hərbi hissədə əsgərlər gün ərzində birlikdə yaşayırlar, yeyirlər və s. Ona görə də onlar müəyyən qədər qapalı şəraitdə sayılırlar. Tələbə və şagirdlərlə isə bu, belə deyil. Onlar dərsdən çıxıb yenə də evə gedirlər. Qapalı məkanda qalmırlar", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, qış mövsümündə soyuqdəymə və qrip kimi virus infeksiyaları geniş yayılır. Həkimlər xüsusilə risk qrupuna daxil olan uşaqların, yaşlıların və xroniki xəstəlikləri olanların qorunması üçün profilaktik tədbirlərə əməl etməyi tövsiyə edirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-12-2024, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər