reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xocalıda hüquqi şəxs 20 min manat cərimələndi

reklam

Xocalıda hüquqi şəxs 20 min manat cərimələndi

















"Gökce" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş material əsasında Xocalı Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Xocalı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir nəfərin rayon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda cəmiyyətin direktoru Soner Sumerkan barəsində həmin məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.





Paylaş:


Müəllif : Tarix:
9-12-2024, 19:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər