Ukraynada müharibəsinin tikinti bumuna təsiri: “2025-ci ildə Azərbaycanda inşaat materiallarının qiyməti...”
2025-ci ildə Azərbaycanın tikinti bazarındakı qiymətlərin bir çox daxili və xarici amillərin təsiri altında dəyişəcəyi ehtimal edilir. Bir sıra ekspertlər həmin amillərə iqtisadi stabillik, əhalinin artımı, şəhərləşmə templəri və dövlətin tikinti sektoruna dəstəyini misal göstərir.
Həmçinin, qeyd edirlər ki, tikinti materiallarının idxal-ixrac vəziyyəti, dünya bazarlarında xammal qiymətlərindəki dəyişikliklər və enerji sektorundakı tendensiyalar kimi qlobal faktorlar da ölkə daxilində tikinti xərclərinə birbaşa təsir edəcək.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) üzvü, "Estimator" MMC şirkətinin direktoru Bədir Qədirov bildirib ki, bu il olduğu kimi, 2025-ci ildə də ölkəmizdəki tikinti sahəsində dinamiklik müşahidə olunacaq:
“Torpaqlar işğaldan azad ediləndən sonra həmin ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Bununla yanaşı, ölkə ərazisində iri tikinti layihələri icra edilir. Fərdi tikintiləri də bu sıraya daxil etsək, tikinti materiallarına böyük tələbatın olduğunu görmək mümkündür. Həmin tələbat nəticəsində həm materiallar, həm də işçilik qiymətlərində dəyişiklik nəzərə çarpır”.
B.Qədirov qeyd edib ki, əsasən, tikinti mövsümünə start veriləndə qiymətlərdə artım müşahidə olunur və il ərzində davam edir:
“Nəzərə almalıyıq ki, bir çox tikinti malları ölkəmizə idxal olunur. Beləliklə, idxal ölkələrindəki iqtisadi, siyasi hadisələr də qiymətlərə müəyyən dərəcədə təsir göstərir. Buna bariz nümunə Rusiya-Ukrayna arasındakı müharibəsidir. Müharibədən əvvəl Ukrayna ölkəmiz üçün əsas armatur idxalçılarından biri sayılırdı. Lakin müharibənin başlanması ilə loqistik yolların bağlanması, istehsalın dayanması bizdə də armaturun qiymətlərinə ciddi təsir etdi”.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2024, 12:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər