Novruz Məmmədovun 1 illik fəaliyyətinin pasportu – Giləmeyvə, kartof-soğan qalmaqalı
Azərbaycanın Baş naziri Novruz Məmmədov bu gün istefa verir. Onun yerinə Prezidentin köməkçisi Əli Əsədov gətirlir.
Novruz Məmmədovun siyasi karyerası 1997-ci ilə təsadüf edir. 12 aprel 1997-ci ildə mərhum Heydər Əliyev onu Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edib. 29 noyabr 2012-ci ildə Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsinə təyinat alıb. 1 iyun 2017-ci ildə Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, 21 aprel 2018-ci ildə isə Baş nazir vəzifəsinə gətirlib.
Novruz Məmmədov Baş nazir olduğu müddətdə “giləmeyvə qalmaqalı” ilə yadda qalıb. Söhbət meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydalarına edilən dəyişiklikdən gedir. Novruz Məmmədovun qərarına görə yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, itburnu, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 3 manat, fıstıq toxumunun hər kiloqramına görə 1.50 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu.
Həmçinin, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunmuşdu. Qərarda həmçinin əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanması nəzərdə tutulurdu.
Baş nazirin bu qərarı ciddi ictimai təpkiyə səbəb oldu. İki gün sonra ölkə başçısının göstərişi ilə qərar ləğv edildi.
Novruz Məmmədovun narazılıq yaradan daha bir qərarı Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi ilə bağlı olub.
Qərarla 2019-ci il aprelin 30-dək ölkəyə 1 kq təzə və ya soyudulmuş kartofun idxalına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkəyə 1 kq soğanın idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq edildi.
Baş nazirin bu dəyişikliyindən sonra ölkənin bir sıra rayonlarında, xüsusilə kartofçuluqla məşğul olan rayonlarda etiraz aksiyaları da keçirilmişdi.
Daha sonra Novruz Məmmədov Prezidentin keçirdiyi müşavirədə görünməməsi ilə gündəmə gəlib. 31 iyul 2019-cu ildə ölkə başçısı iqtisadi sektora cavabdeh olan nazirlərlə iclas keçirib. Lakin Novruz Məmmədov həmin iclasa dəvət almayıb. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-10-2019, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-10-2019, 11:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50