reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hindistanda 12 min dolları əlindən alınan politoloq danışdı – VİDEO

reklam

Hindistanda 12 min dolları əlindən alınan politoloq danışdı – VİDEO














Hindistanda səfərdən qayıdarkən “ölkədən valyuta çıxarma qaydalarını” pozması ittihamı ilə 2 gün saxlanılan və üzərində olan bütün məbləğ – 12 min dollar alındıqdan sonra buraxılan politoloq Turab Rzayev artıq ölkəmizdədir.

Bakupost.az xəbər verir ki, politoloq baş verənlərlə bağlı Axar TV-yə təfərrüatı danışıb.

O bildirib ki, 7 nəfərlik nümayəndə heyəti ilə, qrupun başçısı olaraq Hindistan da daxil olmaqla, bir neçə ölkəyə səfər edib, geri qayıdarkən isə üzərində ölkədən çıxarılmasına izn verilən həddən artıq valyuta olması əsas gətirilərək saxlanılıb.

T.Rzayev bildirib ki, vaxt qəsdən uzadılıb və qrupun digər üzvlərinin getməsi, onun tək qalmasına şərait yaradılıb ki, vəsaitlə bağlı arqumentləri qəbul edilməsin. Üzərindəki vəsaitin qrup üzvlərinin xərcləri olduğu, bunun sübutu kimi hərəkət zamanı hər kəsin biletini özünün aldığı haqda sübutları təqdim etməsinə, eyni zamanda, Bakıdakı Hindistan səfirliyi və Hindistandakı konsulluğumuzun işə qarışmasına baxmayaraq, qondarma sənədləşmə aparıb, vəsaiti tam aldıqdan, hətta təyyarə bileti almağa belə pul saxlanılmadıqdan sonra buraxılıb.

Politoloqun sözlərinə görə, Hindistan gömrüyündə bəzilərinin Azərbaycana münasibətinin qeyri-qənaətbəxş olmasını da hiss edib və bu, konsulumuza münasibətdə də müşahidə edilib.

Daha ətraflı videoda:




Paylaş:


Müəllif : Tarix:
13-12-2024, 11:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər