reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hərbi xidmətə yararsız olanlara ödəniş edilir – Yalnız bu hallarda...

reklam

Hərbi xidmətə yararsız olanlara ödəniş edilir – Yalnız bu hallarda...

















Bəzi hallarda müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunan və hərbi komissarlıq vasitəsilə xidmətə cəlb olunan şəxslərdə xidmət müddəti boyunca müəyyən problem və xəstəliklər meydana çıxır. Belə olduqda onlar xidməti yarımçıq saxlamalı və “yararsız” hərbi bileti almalı olurlar. 

Bu cür hallarda onların etdiyi xidmət müqabilində hansısa kompensasiya ödənilirmi? 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, belə vəziyyətlərdə sözügedən şəxsə birdəfəlik ödəniş və aylıq pensiya nəzərdə tutulur:

“Məlum olduğu kimi, hər kəsin həyatını rəsmən 11 min manat civarında sığorta olunur. Çağırışçı hərbi xidmət dövründə aldığı xəsarət və yaxud yararsızlığa uyğun qüsurla bağlı, daha doğrusu, itirmiş olduğu sağlamlığın faiz dərəcəsinə müvafiq olaraq, kompensasiya alır. Məsələn, əgər çağırışçı xidmət dövründə sağlamlığını 60-65 faiz itirmiş olursa, ona 6600 manat birdəfəlik ödəniş təyin olunur. Daha sonra sağlamlığının faiz nisbətinə uyğun olaraq, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Tibbi-Sosial Ekspert Komissiyası pensiya təyin edir”.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 10:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər