Xaricdə oxuyan bu peşə sahiblərinin 50 faizinin diplomları tanınıb
“Xarici ölkələrin universitetlərində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil almış şəxslərin kvalifikasiyalarının peşə tanınmasında uyğunluq faizi 50 faiz təşkil edib”.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu il mayın 4-də DİM tərəfindən keçirilən imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçib:
“Onlardan 426 nəfəri imtahanda iştirak edib. “23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib. Nümunə üçün, hüquqşünaslıq üzrə imtahanda iştirak edən şəxslərin 66 faizi, ibtidai sinif müəllimliyi üzrə 91 faizi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 68 faizi 30 sualdan yarısına doğru cavab verə bilməyib.
Bu ilin 6 oktyabr tarixində DİM tərəfindən keçirilən imtahanda iştirak etmək üçün 305 nəfər namizəd qeydiyyatdan keçib və bunlardan 271 nəfəri imtahanda iştirak edib. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 54% təşkil edib.
Nümunə üçün, hüquqşünaslıq üzrə imtahanda iştirak edən şəxslərin 67 faizi, ibtidai sinif müəllimliyi üzrə 80 faizi 30 sualdan yarısına doğru cavab verə bilməyib”, - T.Əhmədov qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər