reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yeni ilin ilk gününün havası

reklam

Yeni ilin ilk gününün havası


















Azərbaycan ərazisində yanvarın 1-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə yüksək dağlıq ərazilərdə arabir yağıntılı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-7° isti olacaq.




Paylaş:


Müəllif : Tarix:
31-12-2024, 13:08
Sikayət   


loading...
Загрузка...