reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Pantsir” AZAL-ın təyyarəsini necə vurub? – Naməlum siqnal, tapılmayan PUA –YENİ DETALLAR

reklam

“Pantsir” AZAL-ın təyyarəsini necə vurub? – Naməlum siqnal, tapılmayan PUA –YENİ DETALLAR

















“VÇK-NQPU” teleqram kanalı Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin yeni təfərrüatlarını öyrənib.

Azpost.info bildirir ki, artıq dəqiqləşib ki, “Pantsir”dən iki raket buraxılıb və bu raketlər birbaşa sərnişin təyyarəsinə tərəf atılıb.

Səbəblərdən biri tam qarmaqarışıqlığın olması qeyd edili.  Belə ki, məsələn, bir “Pantsir” ekipajı səmada olan obyektin mülki təyyarə olduğunu görüb atəş açmayıb, lakin radielektron sistem səbəbindən iki raket atmış ikinci heyətə xəbərdarlıq edə bilməyiblər. Onlar hələ də radioelektron sistemin kimin işə saldığını tapa bilmirlər. Bu siqnal səbəbindən təkcə mülki təyyarələr deyil, həm də hava hücumundan müdafiə sistemləri kor və kar olub.

**

Artıq xəbər verdiyimiz kimi İstintaq Komitəsinin müstəntiqləri dispetçer və uçuş rəhbərini dindiriblər. Hələlik hər ikisi dindirildikdən sonra sərbəst buraxılıb və şahid qismində evlərinə gediblər.

İndi getdikcə daha aydın olur ki, hava hücumundan müdafiə sistemləri səhvən PUA-ya deyil, təyyarənin özünə atəş açıb. Bununla belə, hərbçilər özləri üçün daha əlverişli versiyanı irəli sürməyə çalışırlar. Guya “Pantsir”dən raketlər hədəfə çatmayıb və AZAL-ın təyyarəsinin yanında özünü məhv edib.

Hadisə baş verən zaman Qroznıda aşağıdakı hava hücumundan müdafiə sistemləri olub: İki Pantsir, S-300 (bu yaxınlarda Suriyadan gətirilib) və “Buk” hava hücumundan müdafiə sistemi. Raket buraxılışları yalnız bir ekipaj tərəfindən həyata keçirilib.

Təyarrəyə atəşi Visaitovski rayonunda “Axmat” xüsusi bölməsinin yerləşdiyi binanın damına quraşdırılmış “Pantsir”in ekipajı açıb. Bir müddət əvvəl Ukrayna PUA-ları bu binaya zərbə endirib. Bundan sonra bu sistem orada yerlşdirilib.

“Pantsir”in növbətçi heyəti- hər üç hərbi qulluqçusu (komandir, operator və sürücü) dindirilib.

“Pantsir” komandirinin sözlərinə görə, onların hava hücumundan müdafiə sistemi iki raket atıb: 08:13:30 və 08:13,40-da

Raketlər 8.13.50 və 8.14.30-da partlayıb.

Sonuncu partlayış təyyarədə olub.

Eyni zamanda, hərbçinin sözlərinə görə, əmri Rostovdan Borisov adlı komandir verib.

Hədəflər barədə soruşduqda, döyüş maşınının komandirinin sözlərinə görə, elektron müdafiə sistemi o qədər güclü işləyib ki, siqnal təkcə mülki deyil, həm də hərbi texnikanı “tıxaclayıb”. Bu, Zenit raket kompleksinin (ZRK) işində də özünü göstərib.

Nədənsə təyyarə hava hücumundan müdafiə sisteminin lokatorunda “yaşıl” rəngdə göstərilməyib. Sistem hesab edib ki, müəyyən olunmamış hədəfdir.

Müstəntiqlər birbaşa sual veriblər: Komandir başa düşürdümü ki, hədəf bölgəsində mülki təyyarədir. Çünki təyyarə PUA üçün tipik olmayan hündürlükdə uçurdu və PUA-dan fərqli parametrlərə malik idi.

Komandir aydın cavab verə bilmyib. O deyib ki, hər bir raketi atarkən ona “Vur” əmri verilib. Obyekt isə ZRK-da mülki təyyarə kimi qeyd edilməyib. Guya, o haradan biləydi ki, kimin təyyarəsidir?

Təyyarənin “Pantsir”dən atılan raketlərdən biri ilə vurulması versiyası “opertiv yaddaş”la təsdiqlənir. Yenilənmiş məlumatlara görə, bortə zərbə daha əvvəl, 8.16-da deyil, 08.14-də dəyib.

Müstəntiqlər dispetçerlə təyyarənin ekipajı arasındakı danışıqların audio faylını diqqətlə dinlədikdən sonra bu qənaətə gəliblər.

Əgər stenoqramda bu an “anlaşılmaz” kimi qeyd olunubsa (çox güman ki, məqsədli şəkildə edilib: raket partlayışları ilə “zərbə arasında əlaqə qalmasın), sonra audioda eşidə bilərsiniz: “Quş sürüsü ilə toqquşduq.” İki dəqiqə sonra ekipaj bunu daha aydın şəkildə təkrarlayır.

Yeni məlumatlara görə, yerüstü xidmətlər qeyd edir ki, saat 08.14-də təyyarə hava limanından 16 kilometr aralıda olub.

Döyüş maşını komandirinin ifadəsinə qayıdaraq məlum olur ki, hava hücumundan müdafiə raket sisteminin ekipajlarına mülki gəmilərin uçuş cədvəli ümumiyyətlə verilməyib.

Raketləri atəşə tutmaq üçün komandir iki dəfə stasionar telefonla Rostova zəng edib.

Eyni zamanda, ekipajın duman səbəbindən hədəfi vizual olaraq müşahidə edə bilmədiyi iddia edilir, belə bir ifadəni hava hücumundan müdafiə sisteminə xidmət edən növbə komandiri verib.

Amma hava limanında yerləşən ikinci “Pantsir”in komandiri mülki təyyarəni öz gözləri ilə müşahidə edib və ona atəş açmayıb.

Bu, idarəetmə otağından fon qeydinə qulaq asdıqdan sonra məlum olub. Hava Hücumundan Müdafiə Sisteminin komandiri dispetçerə radio ilə bildirib ki, o, təyyarəni görmə məsafəsində müşahidə edir.

Müstəntiqlər “Pantsir” komandirindən niyə digər döyüş maşınının komandiri ilə əlaqə saxlamadığını soruşublar. O cavab verib ki, onlarda stasionar rabitə ilə bağlı “problemləri” olub. Mobil rabitə isə radioelektron ssiqnal üzündən işləməyib.

VÇK-OGPU-nun öyrəndiyi kimi, HHM komandanlığı özləri üçün daha əlverişli bir versiya irəli sürüb: Guya “Pantsir” PUA-nı vura bilmədiyi üçün “təhlükəsiz”, yuxarı trayektoriyaya keçib və orada partlayıb. Sərnişin təyyarəsi də  sadəcə olaraq yanlış zamanda yanlış yerdə olub.

Əldə etdiyimiz məlumatlara görə, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məhz bu daha əlverişli versiyaya üstünlük verib. O, “Pantsir”in atəş açdığı PUA-nın hissələrini tapmaq üçün göstəriş verib. Amma indiyə qədər dron qalıqlarını tapa bilmirlər.

Rusiya Qvardiyası şəxsi heyəti ikinci gündür ki, PUA-nın hissələrinin axtarışı üçün ümumi sahəsi təxminən 40 kvadrat kilometr olan meydanı axtarır. Tapa bilmir.

Yeri gəlmişkən, mütəxəssislər hələ də hansı bölmə və ya təşkilatı tərəfindən güclü radioelektron siqnalla “tıxac” həyata keçirdiyini müəyyənləşdirə bilməyib. Bu, elə güclü siqnal olub ki, həm təyyarələrdə, həm də hava hücumundan müdafiə sistemlərində heç bir şey işləməyib.

Hələlik heç kim radioelektron müdafiə siqnalını işə saldğını etiraf etmir. Yerində olan xüsusi texnika (sərhədçilər xüsusi maşın gətirib) heç bir ipucu verməyib. Siqnal faciədən sonra daha bir gün ərzində qeydə alınıb, sonra isə itib.




Paylaş:


Müəllif : Tarix:
31-12-2024, 13:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər