reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bayden xanımı ilə terrorun baş verdiyi əraziyə gedəcək

reklam

Bayden xanımı ilə terrorun baş verdiyi əraziyə gedəcək

















ABŞ Prezidenti Co Bayden və xanımı Çill Bayden azı 14 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən terror aktından sonra Luziana ştatının Nyu Orlean şəhərinə səfər edəcəklər.

Bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, prezident və birinci xanım iki gün öncə baş vermiş faciə qurbanlarının ailələri və zəzərçəkmişlərlə görüşəcəklər.

Qeyd edək ki, Yeni il gecəsi şəhərin mərkəzində terror aktı törədilib. Federal səlahiyyətlilər bildiriblər ki, sürücü Burbon küçəsində yeni il gecəsini qeyd edən insanların üzərinə yük maşını sürüb. FTB-nin bildirdiyinə görə, hücum edən şəxs cavab verən üç zabitlə atəş açdıqdan sonra polis tərəfindən zərərsizləşdirilib.




Paylaş:


Müəllif : Tarix:
3-01-2025, 20:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər