Aygün Kazımova bu haqda ilk dəfə söz açdı
"Səsimi yazmışdım maqnitafona. Uşaq idim ciddi qəbul etmirdilər. "Getmə, getmə yarım" xalq mahnısını oxudum. Bacımın yoldaşına qulaq asdırdım, dedi sən oxuyursan? Dedim hə. İlk tərifi ondan eşitdim. O vaxt deyirdilər, sənin səsin var? Deyirdim, var. İlk dəfə Naxçıvanda məhləmizdə bir toyda oxumuşam. Nəsibə Abdullayevanın "Qaragöz boy-boy" mahnısını oxumuşdum".
RegionXəbərləricom.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" verilişində deyib. Pop kraliça sənətə ilk gəldiyi günlərdən danışıb. kazımova ilk dəfə uşaqlıqda yaşadıqlarını bölüşüb:
"Bu haqda ilk dəfə danışıram. Uşaq vaxtı hansı dildə mahnı eşidirdim, başlayırdım oxumağa. Dili bilmirdim, amma oxuyurdum. Məktəbdə oxuyanda ansambla götürmürdülər, yaşım çatmırdı. Bir dəfə gürcü mahnısı götürüb getmişəm ansambla, mahnı da yadımda deyil. Özümdən düzüb-qoşdum. Başladım onu gürcü dilində oxudum, özümə də elə güvənirəm ki... Bir nəfər sual verən yoxdur ki, mahnını haradan almısan? O qədər ürəkdən, ciddi oxuyuram. Düşünürəm ki, görəsən sözlərə fikir verirlər? Çünki bir dəfə bir, növbəti dəfə başqa sözlər oxuyurdum".
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2025, 14:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər